"Sabah" çempionluq uğrunda mübarizə aparan 2-3 komandadan biridir. Həqiqətən də çox güclü futbolçulardan təşkil olunub. Buna baxmayaraq, məğlub olmamaq üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə təcrübəsizlikdən qol buraxdıq. Futbolçulara göstərdikləri mübarizəyə görə təşəkkür edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 8-ci turunda evdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Təcrübəsizlikdən "Neftçi" ilə matçın 85-ci dəqiqəsində qol buraxmışdıq. Bu gün də eyni hal baş verdi. Gənc komanda olduğumuza görə bu cür hallar baş verir".
C.Hüseynov komandanın geridə qalan turlardakı çıxışını da dəyərləndirib: "Ən gec yığılan komanda biz olduq. Bundan əlavə gənclərdən ibarət komandayıq. Çox çətinliklə futbolçuları əldə etdik. Bu gün nəticə istəmək absurd bir şeydir. Komandanı formalaşdıranda nəticəni yox, futbolçuların inkişafını düşünürdük. Qarşımıza qoyulan məqsəd budur. Düzdür, turnir cədvəlinin sonuncu pilləsindəyik. Bu, məni də narahat edir. Amma nəticəni düşünsək, futbol oynamasaq, qapımızın toxunulmazlığı üçün çalışsaq, onda heç bir futbolçu inkişaf etməz. Ya futbolçuların inkişafını ya da nəticəni istəməliyik. Oyunçuların inkişafı göz qabağındadır. "Sabah"a qarşı bu cür mübarizə apardılar, təhlükəli epizodlar yarada bilirlər. 2-3 nəfər təcrübəli futbolçumuz var. Qalanları gəncdir. Elə futbolçular var ki, ilk dəfədir Premyer Liqada oynayırlar".
C.Hüseynov qışda legioner transferi olunması haqda rəhbərlikdə görüşlərinin olacağını da deyib: "Bütün komandalar qarşısına avrokubok məqsədi qoyub və legionerlər transfer edib. Amma bizim məqsədimiz tam fərqli olduğu üçün legioner gətirməmişik. Hamı nəticə tələb edir. Ola bilər rəhbərlik təzyiq altında qərar versin ki, qışda legioner transfer edək. Bunu indidən demək tezdir. Rəhbərliklə görüşlərimiz olacaq. Bu mövzunu müzakirə edəcəyik. "Şamaxı" hələ qələbə qazana bilməyib, sonuncu pillədədir. Amma təcrübəsiz futbolçularla bu cür oyun oynayırıqsa, demək inkişaf var. Amma nəticə istəyirlərsə, 6-7 legioner olarsa, o zaman nəticə də olar.
Rəhbərliyin strategiyası belədir ki, futbolçular inkişaf etsin. Bir az səbr etməliyik. Heyəti gücləndirməklə nəticəyə oynamaq olar. İnanıram ki, son pilləni biz tutmayacağıq. Buna əminəm. Futbol ictiaiyyətində nəticədən danışılırsa, ola bilər ki, rəhbərlik də buna dözməsin".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır