"Neftçi" haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Ən zəif vaxtında belə, bu komandanın adı var. Bizimlə oyunlara xüsusi motivasiya ilə çıxırlar".
Qol.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 8-ci tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, bugünkü derbinin çempionatın səviyyəsinə yarışan qarşılaşma olduğunu bildirib: "Mənim üçün əlamətdar gün idi. Stadionun bütün tribunalarını dolu gördüm. Bu cür matçların sayı çox olmalıdır. maraqlı oyun oldu. İlk hissədə demək olar ki, rəqibə imkan vermədik. Özümüz isə 4 real qol epizodu yaxaladıq. Lakin istifadə edə bilmədik. Fasilədən sonra da eyni ssenari ilə davam etdik. Rəqibin ön xəttini tamamilə bağlaya bildik. Qol epizodlarımız çox oldu. Əsas odur ki, istifadə edə bildik və vacib qələbə qazandıq".
Onun sözlərinə görə, ilk hissədə də üstünlük "köhlən atlar"ın tərəfində olub: "Həm qapı istiqamətində zərbələr, həm də real qol imkanları baxımından rəqibi qabaqladıq. Sadəcə, "Neftçi" birinci yarıda qol vurmağa nail oldu. İkinci hissədə isə rəqibin hücumlarının qarşısını ala bildik. İnkişaf etmək istəyiriksə, rəqabət olmalıdır. Oyun ərzində aralarında gərginlik olan futbolçular final fitindən sonra əl verib görüşdülər. Bu da hər iki tərəfin adına yaraşacaq jest idi".
Qarayev deyib ki, bugünkü qələbə növbəti oyunlara daha ciddi hazırlaşmaqlarına səbəb olacaq: "Çünki digər rəqiblər "Neftçi"yə qalib gəldiyimizi görüb, bizimlə matça daha ciddi hazırlaşacaqlar. Eləcə də "ağ-qaralar" bizdən revanş almaq üçün bütün imkanlardan istifadə edəcək".
"Qarabağ"ın futbolçusu belə matçlar üçün darıxdığını söyləyib: "Düşünürəm ki, belə matçların sayı nə qədər çox olsa, bir o qədər sürətli inkişaf edərik".
O, Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 3-cü tur qarşılaşmasına da toxunub: "Açığı, "Neftçi" ilə oyunadək digər matçlar haqqında düşünməmişdik. Yəqin, baş məşqçimiz sabahdan növbəti rəqiblə bağlı fikirlərini bizimlə bölüşəcək. Bizi çətin səfər görüşü gözləyir. "Olimpiakos" azarkeşlərinin qarşısında oynayacaq. Çılğın fanatları var. Oyun planında nəyə qadirdirlər, bunları sabahdan analiz edəcəyik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır