"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 8-ci turunun "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, matç barədə bunları deyib.
- Təbii ki, nəticəyə görə üzgünük. İlk hissədə yaxşı futbol oynadıq, qol vurduq, 2-3 qol epizodu da yaratdıq. Bəzi epizodlarda daha cəld qərar verməliydik. Futbolçular başa düşməlidilər ki, oyun 90 dəqiqə oynanılır. Sona qədər oynamaq lazımdır. İkinci hissədə sadə səhvlərə yol verdik. Rəqibimizi təbrik edirəm. Amma növbəti oyunda onlara qarşı daha güclü olacağıq.
- Bu gün uğurlu nəticə üçün nə çatışmadı?
- İndi buna cavab verə bilmərəm. Oyunu analiz etməliyəm. İlk hissədən sonra futbolçular arxayınlaşdılar. “Qarabağ”a qol fürsətləri verdik.
- Əsas rəqibləriniz olan "Sabah" və "Qarabağ"la görüşdə hesabı açsanız da, uduzdunuz. Bu matçlarda oxşarlıq var?
- Məncə, fərqli ssenarilər oldu. Həmin görüşdə qapımıza 3 penalti verilmişdi. Bu gün ilk hissədə yaxşı oynadıq. Hücumdan müdafiəyə tez qayıtmalıyıq. Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu şanslar yarandı.
- Salomon Kverkveliyanın heyətdə olmaması nədən qaynaqlandı?
- O, millisinin düşərgəsindən gəlmişdi. Bu fasilədə Mamadu Mbodj üzərində çox yaxşı çalışdı. Həftəboyu məşqlərə əsasən belə qərar verdim.
- Kənardan belə göründü ki, problem əvəzetmələrdə idi. Bu barədə nə deyə bilərsiniz?
- Oyunçular və komandam haqda danışmaq istəmirəm. Bütövlükdə bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını eləməyə çalışır. Bütün oyunçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik. Hazırkı situasiya belədir. Qarşıdakı periodda hansı mövqedə oyunçu çatışmazlığı olduğuna, hara oyunçu cəlb etmək lazım olduğuna baxacağıq.
- Yəni heyətin kasad olması təsir edib?
- Bu prizmadan baxmaq istəmirəm ki, əvəzetmələr düzgün olmadı. Öməri İsmayılla əvəzlədim. Eyni ssenari olacaqdı. Hər ikisi yaxşı oyunçudur, gəncdir. "Qəbələ" ilə görüşdə də İsmayılı ilk hissədən sonra oyuna daxil oldu və görüşü dəyişdi. Bu gün də meydana daxil olandan sonra iki epizodda Qəbələdəki kimi asma eləməli idi. Bunu etmədi, arxaya oynadı. Ondan sonra gördüm ki, özünə inamı itirir, bu üzdən əvəzlədim. Demirəm ki, pis oyunçudur, sadəcə bu gün onun günü deyildi.
- Nəhayət ki, “Qarabağ”la derbinin canlı şahidi oldunuz. Nə deyə bilərsiniz?
- Mənə elə gəlir ki, nə etmək istədiyimizi görə bildiniz. Komanda ilk dəqiqələrdən futbol oynamağa, müdafiədə oturmamağa çalışdı. Bir çox epizodda yaxşı imkanı qaçırdıq. Birinci hissədə rəqibin də çoxlu qol epizodları oldu. Bu da normaldır. Onların geniş heyəti var, yaxşı oyunçular cəmləşib. Bu riski üzərimə götürdüm. Komandamın baxımlı futbol oynamasını xoşlayıram. Məncə, bu oyunu özümüzə dərs kimi götürməliyik. Dərk eləməliyik ki, oyun 90 dəqiqə davam edir.
- İsmayılın əvəzlənməyə etirazını gənc olduğu üçün bağışlayırsınız?
- Düzü, həmin anı görməmişəm. Əgər elə reaksiya göstəribsə, sevinirəm. Oyunçu əvəzləndiyi zaman narazı qalırsa, bu, yaxşıdır. Oyunçularımla matçın ardından paltardəyişmə otağında toplantı elədik, ağlımdan keçənlərin müzakirəsini apardıq. İsmayıl inkişaf eləməli və həqiqəti görməlidir. Futbolçuların adını pis yöndə hallandırmaqdan xoşum gəlmir.
- Azarkeşlər üçün “Qarabağ”a məğlubiyyət ikiqat üzücü olur. Onlara deyiləcək sözünüz var?
- Mənim üçün ikiqat yox, maksimum üzücüdür. Çünki bu matça qələbə qazanmaq üçün hazırlaşmışdıq. Fanatlar da ilk dəqiqələrdən bunu gördü. Görüş bitəndən sonra oyunçularla birlikdə azarkeşlərə tərəf getdik, onları alqışladıq. Sağ olsunlar, hər zaman arxamızdadırlar. Üzülmələri normaldır, mən də onlar qədər üzülürəm. Deyə bilərəm ki, “Qarabağ”la növbəti matçda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq.
- “Qarabağ”a çatmaq üçün “Neftçi”yə nə qədər vaxt lazımdır?
- Hazırda yalnız bu oyun barədə danışa bilərəm. Onlar bu gün qələbə qazandılar. Bu, yalnız bir matçdır. Görüşə yenidən baxmalı, nəyi pis elədiyimizi görməliyik. Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur. Sadəcə, hər oyunda qələbə üçün çalışıb, sonda titul qazanmaq istəyirik. Bu, təkcə “Neftçi” və “Qarabağ” arasındakı mübarizə deyil.
- Müdafiənin sağ cinahında və bitirici hücumçu mövqeyində problem görünür. Bu mövqelərin gücləndirilməsini düşünürsünüz?
- İndi bu barədə danışmağım düzgün deyil. Hər bir oyunçuma inanıram. Onların üzərində gərgin çalışırıq ki, maksimum səviyyəyə çıxaraq. Görməlisiniz ki, yeni komanda qururuq. Nəticələrimiz də pis deyil. Futbolçulara daha da inkişaf eləmək və komanda şəklində uyğunlaşmaları üçün vaxt vermək lazımdır. İkinci hissədə bu fərq böyük göründü. “Qarabağ” güclü heyət qurub, uzun müddətdir bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Biz düzgün yoldayıq, sağlam və güclü heyət qurmaq istəyirik. Bunun üçün vaxta ehtiyacımız var.
- Mert Çelik bəzi matçlarda müdafiənin sağında oynayıb. Onu həmin mövqedə sınamağı düşünmürsünüz?
- Gəlin bu oyun haqda danışaq. Oyunçularımı hər gün məşqdə görürəm. Sağ cinahımızda iki yaxşı oyunçumuz var. Oyundan-oyuna inkişaf eləməli, təcrübə qazanmalıdırlar. Hər matçdan sonra hansısa oyunçunu dəyişmək barədə düşünməyək. Böyük komandalarda belə şeylər düşünmürlər. Hansısa futbolçunun çıxışından razı olmaya bilərəm. Ancaq elə məşqçilərdən deyiləm ki, rəhbərliyin qarşısına qaçım deyib ki, onu dəyişmək lazımdır. İstəyim odur ki, hər oyunçuya kömək edim. Hazırkı vəziyyətdə biz daha yaxşı bir yerdə olmalıyıq.
- Mbodj yaxşı vəziyyətdə idisə, ikinci hissədə niyə əvəzləndi?
- Çünki növbəti addımımı hazırlamalıyam. İstəyirəm ki, bütün oyunçularımız hazır olsun. Mbodji pis oynadığı üçün dəyişmədim. Hesab artıq 1:3 idi. Salomonu meydana buraxdım ki, müdafiə xəttində pozitivlik yaratsın.
"Real" yeni transferini açıqladı
"Milan" Modriçin keçidini rəsmiləşdirdi
"Komandamdan narazı qalmadım" - Elmar Baxşıyev
Modriç "Milan" azarkeşlərinə səsləndi
"Araz-Naxçıvan" Superliqa klubuna uduzdu
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Real"ın oyunçusu: "Betis" mənim evimdir"
PSJ-nin kapitanı: "Bu məğlubiyyət bizə dərs olacaq"
"İmişli"nin yayda daha iki rəqibi bəlli oldu
Klublararası dünya çempionatının rəmzi komandası
"Sumqayıt" onu da göndərdi
Adama Diakabi Almaniya klubuna keçdi
Daha bir azərbaycanlı futbolçu Qırğızıstan klubunda
“Qarabağ” İsveçdə qələbə ilə başladı
U-15 "Region Kuboku"nun qalibi məlum oldu - Şəkillər
"Barselona" transferi açıqladı
Dünya çempionatının ən yaxşıları
Avropa birinciliyi: 4 boksçumuz finalda
Mahir Emrelini vurdular, ara qarışdı - Video+Şəkillər
"Neftçi" İsrail və Polşa klubları ilə qarşılaşacaq
Redon Cica "Qarabağ"la belə vidalaşdı
Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazandı
Dünya çempionu olan “Çelsi”nin fantastik gəliri
"Turan Tovuz"un növbəti rəqibi məlum oldu
"Futbolu Səudiyyə Ərəbistanına uduzduq"
“Fənərbaxça”dan yeni transfer
"Çelsi"ni dünya çempionu edən matçdan - Video
“Neftçi”də növbəti ayrılıq
Klublararası dünya çempionatının qalibi bəlli oldu
"Arsenal" Gyökereş üçün 80 milyon ödəməyə hazırdır
"Liverpul" yoxlama oyunu keçirdi
PSJ onunla yeni müqavilə imzalamaq istəyir
"Atalanta" Gürcüstan millisinin hücumçusu ilə maraqlanır
"Biz 3 və ya 4 dəfə Çempionlar Liqasını qazana bilərdik"
Yeni tikilən Gəncə stadionundakı durum - Şəkillər
"Liverpul" futbolçusunu Rodriqo ilə dəyişmək istəyir
"Real"da iki ayrılıq baş verə bilər
"İmişli" daha bir legioneri transfer etdi - Rəsmi
"Neftçi"nin sabiq hücumçusu ərəb klubunda - Rəsmi
“Real”dan “Benfika”ya keçdi
"Qalatasaray"dan 5 qollu qələbə - Video
Firminonun yeni klubu bilindi
"Fənərbaxça" rəhbərliyində daha bir istefa
18 ildən sonra qayıtdı, qol vurdu, zədələndi
40 yaşlı Kasorla ilə müqavilə uzadıldı
"Zirə"nin rəqibi 3-cü oyununda da qalib gəldi
“Qarabağ” Avstriyada: köhnə rəqiblər, uğurlu sınaqlar