“Oyunun ağır keçəcəyini bilirdik. “Səbail” heyətində keyfiyyətli futbolçular olan yaxşı komandadır. Məşqlərimizi və oyunlarımızı təbii ot örtüyünə malik meydanda keçiririk. Təbii örtükdən süniyə keçəndə təsirsiz olmur. Ümumi oyunu dəyərləndirsək, komanda meydanda görmək istədiyimiz oyunu nümayiş etdirdi. Düşünülmüş hücumlarımız oldu ki, daim bunun üzərində işləyirik".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qələbə münasibəti ilə futbolçularını təbrik edib: "İnanıram ki, qarşıdakı görüşlərdə daha məzmunlu oyun göstərəcəyik. Qırmızı vərəqədən sonra rahat olmadı. Hesab bizi önə çıxmağa məcbur edirdi. Ona görə daha böyük qüvvə ilə hücuma keçirdik. Rəqibin də bizi əks-hücumda yaxalaması normal idi. Komandama təşəkkür edirəm ki, düzgün reaksiya verib qələbə qazandı. Ülvi İsgəndərov komandanın ən önəmli futbolçularından biridir. Bizim heyətdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur. Bu gün Ülviyə şans düşdü və komandaya qələbə qazandırdı. Sabah başqası olacaq. Kollektivin hər üzvü maksimumunu verməyə çalışmalıdır. Rafael Utziq hücumçudur. Forvard da fərdi oynamağa üstünlük verməlidir. Heç kim hücumçuya deyə bilməz ki driblinqə getmə. Utziqdən istədiyimizi ala bilirik. Qarşıdakı turlarda daha yaxşı və özünəinamlı Rafael görəcəyik”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır