“Bu 3 yox, 6 xallıq oyundur. Çempionluq yolunda əsas da olmasa, önəmli matç sayılır. Etiraf edək ki, bu gün çempionluq uğrunda 3 klub mübarizə apara bilər ki, bunlar da “Qarabağ”, “Neftçi” və “Sabah”dır. Ona görə də belə oyun əsas rəqibdən xal almaq baxımından əhəmiyyətlidir”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.
Misli Premyer Liqasının 8-ci turunda sabah keçiriləcək “Qarabağ” – “Neftçi” matçı haqda danışan millimizin sabiq çalışdırıcısı bildirib ki, “Qarabağ”ın vəziyyəti “Neftçi”dən daha yaxşı görünür: “Amma “Neftçi”nin də durumu pis deyil. Belə oyunlar üçün motivasiya olmaq həm asan, həm də çətin olur. Çünki bu cür matçların yükü ağırdır. Futbolçular meydanın hər qarışı uğrunda mübarizə apara bilərlər. Motivasiya böyük rol oynayacaq.
“Qarabağ”ın iki heyəti var. Hər ikisi çempionluq uğrunda mübarizə aparmağa qadirdir. Orda 1-ci və ya 2-ci heyət yoxdur. Meydançaya çıxan hər bir futbolçuda mübarizlik, çempionluq ruhu var. O məsuliyyəti hiss edərək oynayırlar. Ustalıq da lazımdır, amma belə oyunlarda daha çox qaçan, mübarizə aparan komanda qalib gəlir. Hətta erkən vurulan bir qol da nəticəni həll edə bilər. Məncə, bizi maraqlı bir oyun güzləyir”.
Ş.Diniyev Ağdam klubunun “Neftçi”yə qarşı tam heyətlə oynayacağını düşünür: “Qarabağ” bir neçə gündən sonra “Olimpiakos”la oynayacaq. Ona görə də yəqin ki, elə Avroliqada mübarizə aparan heyətlə “Neftçi”yə qarşı oynayacaqlar. Fikrimcə, Qurban Qurbanov rotasiya etməyəcək. Çünki futbolçular “Olimpiakos”la matça hazır olmalıdırlar. Millinin oyunları ilə bağlı fasilə yaranmışdı. Ona görə komandanı ritmə salmaq üçün aparıcı futbolçular meydanda olacaq. Belə olan halda da bizi güzəştsiz, gərgin oyun gözləyir”.
Ş.Diniyev “Qarabağ”ın millilərdən qayıdan xeyli futbolçusunun olduğunu xatırladaraq, bunun komandaya təsir edəcəyini qeyd edib: “Belə bir tendensiya var ki, “Qarabağ”ın futbolçuları milldən qayıdandan sonra oyunda bir az axsaqlıq olur, komanda ritmdən çıxır. Həmişə “Qarabağ”da belə şeylər olub. Ümumiyyətlə, “Qarabağ”da böyük yüklənmə var. Məsələn, Bəhlul Mustafazadə və Bədavi Hüseynov həm millidə iki oyun keçirib, həm də Avroliqada müntəzəm oynayır. Onları əvəz edəcək futbolçular isə zədəlidir. Bu sarıdan problemlər ola bilər”.
Təcrübəli mütəxəssis bu oyunda favorit tərəf görmədiyini də əlavə edib: “Belə oyunlarda favorit olmur. Düzdür, kağız üzərində “Qarabağ” üstün sayıla bilər. Amma sadaladığım amillər “Neftçi”nin xeyrinə işləyə bilər. “Qarabağ”a qarşı oyuna köklənmək asandır. “Qarabağ”ın adı gələndə futbolçu oynamaq, özünü göstərmək istəyir. Amma o demək deyil ki, “Qarabağ”da motivasiya olmayacaq. Hər iki komandanın üstünlüyü də var, problemləri də”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır