"Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" - De Byazi

"Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" - De Byazi
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2022 / 17:28 5393
-  A +

Millimizin baş məşqçisi Canni De Byazi Albaniya mətbuatına danışıb.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis "Konica"ya açıqlamasında Albaniya millisinə mümkün qayıdışı haqda sualı cavablandırıb.

O, sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyini bildirib: “Mənim Azərbaycan millisi ilə sentyabrın 30-dək müqaviləm var və bundan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm. Şayiələrə fikir verməyin, külək kimidir. Medianın yazdığının 95 faizi yalandır”.

Qeyd edək ki, 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdıran  Canni De Byazinin müqviləsi sentyabrın 30-da başa çatır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı