“Sumqayıt”ın yeni baş məşqçisi Samir Abasov komandanı ilk məşqə çıxarıb. Qol.az futbolpress.az-a istinadən xəbər verir ki, məşqdən sonra təşkil edilən brifinqdə jurnalistlərin sualalrını cavablandırıb. Abasov öncə təyinatı barədə danışıb:
- Doğma şəhərimin komandasına qayıtmaq çox xoş oldu. Baxmayaraq ki, burada futbolçuların əksəriyyətini tanıyıram, kluba bələdəm, yenə də çox həyəcanlıyam. Məndə heç vaxt belə həyəcan olmamışdı. Bəlkə, öz şəhərimizdir deyə, məsuliyyət həddən artıq çoxdur. Çox ümidliyəm. Hamımıza xeyirli olsun!
- Jurnalistlərlə görüşmək üçün darıxmamışdız?
- Darıxmışdım sizin üçün.
- Biz də mətbuat konfranslarınız üçün...
- Düzələcək...
- Aleksey Baqanın istefası ilə bağlı ilk ehtimallar yarananda sizin adınız çəkilirdi. Ancaq danışıqlar bir qədər uzandı. Bu nə ilə bağlı idi?
- Normal haldır. Tez düzələn şeyin axırı yaxşı olmur. Klubu razı salmalısan, klub baş məşqçini razı salmalıdır. Bütün detallara aydınlıq gəlməlidir. Hər iki tərəfə xeyirli olmasını diləyirəm.
- "Sumqayıt"da əsas çatışmazlıqlar kimi nələri görürsüz?
- Komandanın oyunlarına baxmışam. İndiyə qədər olan çatışmazlıqlar mənə aid deyil. Bundan sonra nə olacaqsa, onlara cavabdeh olacam.
- Zəif çıxışı nə ilə əlaqələndirmək olar?
- Komanda uğursuz çıxış edirsə, müxtəlif səbəblər ola bilər. Kimdəsə ruh düşkünlüyü yaşanması mümkündür, yeni legionerlərin uyğunlaşa bilməməsi və s. Mən komandanın içində olmadığım üçün bu suala cavab vermək çətindir.
- Meydanda görünən hansı problemləri qeyd edə bilərsiz? Oyun planında nə çatmırdı?
- Bütün oyunlara azarkeş kimi baxmışam. Ona görə məşqçi kimi fikir bildirə bilməyəcəm.
- Kənardan baxanda legionerlərin səviyyəsi necə görünürdü?
- Yaxşı potensialı olan legionerlərdir. Əsas onlarla məşqdən sonra məlum olacaq ki, bizə uyğundurlar, ya yox.
- Qarşıya hansı hədəf qoyulub?
- Hədəfimiz "Sumqayıt"ı futbola qaytarmaqdır. Bizə həddən artıq çətin olacaq. Amma bundan qorxmuruq. İstəyirik, bura gələn rəqiblər bilsinlər ki, hara gedirlər. Bunun üçün əlimizdən gələni edəcəyik.
- "Sumqayıt"da işlədiyiniz ilk dönəmdə legionersizlikdən narazılıq edirsiz. İndi əcnəbilər də var. Onlarla nəyə nail olmaq mümkündür?
- Dediyim kimi, əvvəlcə həmin futbolçuları tanımalıyam. Ondan sonra nəyə nail ola biləcəyimizi görəcəyik.
- "Sumqayıt"a çempion kimi qayıdırsız. İndi azarkeşlərin tələbləri də daha böyük olacaq. Bu, üzərinizdə əlavə təzyiq yaratmır?
- Yaradır. Məsuliyyətimiz artır. Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyirlər. İstədikləri adamam və bu, məni həyəcanlandırır. Oyuna çıxanda bir yük də onların fikri olacaq.
- İşlədiyiniz yerlərdə qapıçı məşqçisi Etibar Tarverdiyev də çalışıb. Bu gün o, korpusunuzda yoxdur...
- Etibar müəllimlə danışmışıq. Bizim aramızda və klubla mənim aramda olan detallardır. Gələcəkdə onunla bir yerdə işləsəm, təəccüblənməyin. Bu, işin gedişatıdır, normaldır.
- "Neftçi"dən ayrılandan sonra təklifləriniz olmuşdu?
- Mənə konkret təklif olmamışdı. Agentim variantları deyirdi. Amma konkret təklif olmayıb.
- Azarkeş kimi baxdığınız oyunlara əsasən, "Sumqayıt" indi neçənci olmalı idi?
- Azarkeş kimi düşünürəm ki, ilk "6-lıq"da olmalı idi.
- Ola bilərmi komanda çempionatdansa kubok yarışına daha çox diqqət yetirsin?
- Məndə belə şey yoxdur. Hər matçda qələbə qazanmaq istəyəcəyik.
- "Neftçi"də rəhbərliyiniz altında oynayan hansısa futbolçuları komandanızda görmək istəyirsizmi?
- Çox çətin məsələdir. "Neftçi"dən gedənlər legionerlərdir, yerlilərdən kimisə xatırlamıram. Hərəsinin də bir klubu var. "Neftçi"də elə futbolçular var ki, gəlsələr, böyük məmnuniyyətlə qəbul edərik.
- "Neftçi"dən sonra daha aşağı imkanlara malik “Sumqayıt”a qayıdırsız. Çoxu gördükdən sonra aza necə qane olacaqsız?
- Əsas odur ki, hara gəldiyimi bilirəm. Bu məsuliyyətin altına girmişiksə, nəyəsə ümid edirik. Həmişə elə yerlərdə işləmək alınmaya bilər.
- Qışda komandanı gücləndirmək üçün ediləcək transferlər barədə rəhbərliklə danışığınız olub?
- Transfer barədə heç nə danışmamışıq. Əsas bu oyunçuları yaxından tanımağımdır. Transfer məsələləri skaut şöbəsinin nəzarətindədir. Onlar axtarırlar və əllərində bəzi adlar var.
- Özünüzdən əvvəlki baş məşqçiyə hörmətsizlik etməmək üçün boşluqlardan danışmırsız. Bəs nələrin üzərində daha çox işləməlisiz ki, komanda bu durumdan çıxsın?
- İlk olaraq əhvali-ruhiyyəni qaldırmaq lazımdır. Komanda uduzduqca ab-hava pisləşir, bu da nəticələrə təsir edir. Bu istiqamətdə işləməliyik. Ondan sonra digər məsələlərə keçəcəyik.
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu