Millimizin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Qazaxıstana qalib gəldikləri oyundan (3:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Son 3 turda ardıcıl qələbə gəldi. Bir az gec olmadı? Liderlik şansını əldən verdiniz.
- Düşünmürəm ki, əldən verdik. Rəqibdən nəsə gözləməyi sevmirəm. Bir məqam ola bilər ki, biz Belarusu Serbiyada məğlub edə bilərdik. Bir az məyusedici olan budur. Bu tsikldə yaxşı oyun göstərə bildik. Məğlub olduğumuz oyunlarda da yaxşı çıxış edirdik. Son 3 matçda nəticə də yaxşı oldu. Bu, ürəkaçan oldu. Belə davam etməliyik.
- Nəzəri olaraq, pley-off şansları var.
- Təbii ki, istəyərik. Hər futbolçu milli səviyyəsində uğur qazanmaq istəyir. Arzularımızdan biri budur. Belə şans düşsə, inanıram ki, komanda əlindən gələnin artığını edəcək.
- Azarkeşlərlə aran yaxşıdır...
- Zaqrebdə də azarkeşlərin mənə qarşı münasibəti yaxşıdır. Bəzi uğursuzluqlarım oldu. Son zədəm bir az ağır keçdi. Orda da çıxdığım hər oyunda yaxşı çıxış etmək istəyirəm. Burda da top mənə gələndə fanatlar fərqli bir şey gözləyir. Azarkeşlərin dəstəyini hiss edirəm. Önəmli olan qələbə qazanmaqdır.
- "Dinamo" Çempionlar Liqasında iştirak edir. Turnirdə yeganə təmsilçimiz sənsən. Yəqin ki, meydana çıxmağı səbirsizliklə gözləyirsən.
- Bəli, gözləyirəm ki, Çempionlar Liqasında meydana çıxım. Ümid edirəm ki, baş məşqçi mənə bu şansı verəcək. Məşqçi qərar verir və ona hörmətlə yanaşmaq lazımdır. Futbol oynamaq bizim işimizdir. Futbolçu bir az robot kimi olmalıdır. Bu, işdir və bunun sayəsində ailəmizə baxırıq. Robot kimi olmalıyıq, qoydular oynamalıyıq, qoymadılar yox. Həvəsdən düşməməlisiz. Gözləyib, əlinə düşən şansı qaçırmamalısan.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır