Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov “Qarabağ”a qarşı keçirdikləri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları haqda növbəti dəfə fikirlərini açıqlayıb.
Qol.az xəbər verir ki, “Sport-ekpsress” qəzetinə verdiyi geniş müsahibədə rusiyalı mütəxəssis bu matçlar barədə də danışıb. O deyib:
“Çempionlar Liqasının qrupuna düşmək üçün səkkiz oyun keçirməlisən. Düz səkkiz oyun. Bir səhv, bir pis gün, bir pis ötürmə, bir yanlış fitlə hər şey bitə bilər. “Qarabağ”la evdəki oyunda belə oldu. Matçın əvvəlində, demək olar, özümüz özümüzə qol vurduq. Bizim qapımız qarşısından uzaqlaşan rəqibin hücumçusuna ötürmə verdik. 5-ci dəqiqədə təkbətəkdən qol buraxdıq. Biz səfərdə Azərbaycan komandasına qarşı keyfiyyətli oyun nümayiş etdirərək heç-heçəyə (1:1) nail olmuşduq. Evdəki matç isə belə başladı və biz vəziyyəti dəyişə bilmədik. Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” Plzendən daha yaxşı idi”.
Çerşesov bu zaman “Qarabağ”ın qapıçısının cavab matçındakı inamsız oyununu qabardıb. O eyni zamanda deyib: “Azərbaycan komandası rəqibdən güclü oynasa da, Çempionlar Liqasına düşə bilmədi. Çünki siz öz ölkələrinin çempionlarına qarşı səkkiz oyun keçirirsiniz! Həm də ənənələri və səviyyəsi olan komandalara qarşı”.
Çerşesovun komandası hazırda Avropa Liqasının qrupunda yarışır. O, bununla bağlı danışarkən də “Qarabağ”da haqda müsbət fikir səsləndirib: “İndi biz Çempionlar Liqasında yox, Avropa Liqasındayıq. Hədəflərimizi müəyyənləşdirmək lazımdır. “Qarabağ” artıq bizə nəsə göstərdi. Bizim məşqçilər korpusumuz istəsək də, istəməsək də, altı ildir ki, klub futbolunda işləmirdik və bu, bizim üçün də müəyyən təcrübə oldu”.
Xatırladaq ki, “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində “Ferenstvaroş”la Bakıda 1:1 hesablı heç-heçə edib, səfərdə isə rəqibini məğlubiyyətə uğradıb (3:1).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır