“Əsas odur ki, millimiz sonuncu yeri tutmasın. Çünki son pillədə olanda aşağı liqaya düşürsən. Ona görə də mütləq Qazaxıstana qalib gəlmək, Slovakiya ilə də heç olmasa heç-heçə etmək lazımdır”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Yığmamızın Millətlər Liqasında Slovakiya və Qazaxıstan ilə keçiriləcək oyunları haqda danışan Azərbaycanın Əməkdar məşqçisi bildirib ki, “Qarabağ”ın avrokuboklarda göstərdiyi baxımlı oyunlar yığmaya da müsbət təsir etməlidir: “Qarabağ”ın yaxşı oyunları millimizə böyük ruh yüksəkliyi verməlidir. Çünki yığmanın oyunçularının əksəriyyəti “Qarabağ”ın üzvləridir. “Qarabağ” göstərdi ki, yüksək zirvəyə doğru gedir. Adətən klublar yaxşı olanda yığma da müsbət nəticə əldə edir. Məşqçi amili də vacib olacaq. Onun seçdiyi heyət, taktikası, oyunun gedişatındakı müdaxiləsindən çox şey asılıdır”.
Təcrübəli mütəxəssis millimizin italyan çalışdırıcısı De Byazinin heyət seçimini tənqid edib: “Çox qəribə heyət seçimi görürəm. Elə oyunçular var ki, klubunda oynamır, amma yığmaya dəvət alıb. Elələri var ki, klubunda çox yaxşı oynayır, milliyə çağırılmayıb. Bu il Qara Qarayevin oyunu çox yüksək səviyyədədir. O mövqedə Qara Azərbaycanda birincidir. Yaddan çıxarmayaq ki, Qara bir çox oyunlarda “Qarabağ”ın kapitanı olur. Yəni oyunçunun psixologiyasına əl dəyməmək, ona hörmət etmək baş məşqçi üçün vacib məsələdir. Qara da o oyunçulardandır. Son matçlarda “Qarabağ”da çox əla oynadı. Onun milliyə niyə dəvət olunmaması həddindən artıq böyük sualdır.
Klub səviyyəsində hər cür futbolçular olur və müxtəlif qərarlar verə bilərsən. Amma milli komandada məşqçi heç vaxt oyunçu ilə intriqa aparmamalıdır. Futbolçu komandaya vacib lazımdırsa, xasiyyəti necə olur-olsun, baş məşqçi onu heyətə dəvət etməlidir. Biz İtaliya, Fransa, Almaniya deyilik ki, bir mövqedə 10 oyunçumuz olsun. Özü də Qara sırf azərbaycanlıdır, milliləşdirilən oyunçu deyil. Buna da fikir vermək lazımdır”.
A.Mircavadov qeyd edib ki, millimiz yaxşı nəticə əldə etmək üçün oyun sistemini dəyişməlidir: “Yığmanın özəyini xeyli vaxtdır ki, “Qarabağ”ın oyunçuları təşkil edir. Biz də Məşqçilər Komitəsi olaraq çoxdan deyirik ki, niyə millimiz də “Qarabağ”ın oyun sistemi ilə oynamasın? Biz bunu De Byaziyə bildirmişik. Ancaq onun sistemi başqadır. İtalyanlar beşli müdafiəni sevirlər. Axı klublarımız bu sistemlə oynamır. Futbolçu eyni sistemdə oynayanda ona da rahat olur. Bir sistem fayda vermirsə, deməli, dəyişiklik etmək lazımdır”.
Mircavadov sonda onu da bildirib ki, millimiz qrupda sonuncu olsa, De Byazinin millidə qalması çətin görünür: “Yaxşı nəticə əldə etsin ki, müqaviləsi başa çatanda desinlər ki, “sağ ol, axırda yaxşı nəticə oldu”. Biz axırıncı yer tutsaq, bu, De Byazinin millidəki taleyinə təsir edəcək. Mən həmişə azarkeşlərin yanındayam. Onlar həmişə bildirirlər ki, bu oyunla yığmamız da yaxşı çıxış edər. Onların sözlərinə qoşuluram, düz deyirlər. Ancaq bunu həyata keçirən lazımdır. Bunu da baş məşqçi etməlidir. Baş məşqçi amili həddən artıq böyükdür. Təəssüf ki, Azərbaycanda yerli ilə xarici mütəxəssisə eyni münasibət göstərilmir”.
Ramiq Ağaməmmədov
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Türkiyə Fransaya, İtaliya Belçikaya qarşı - Yenilənir
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu