"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"yə qalib gəldikləri matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb:
- Döyüşkən oyun alındı. Komanda qətiyyətlilik göstərdi. Hər iki komanda yaxşı hücumlar qurdu. Futbolçularımın oyuna yanaşmasından razıyam. Çətin dəqiqələrdə intizamı itirmədik. Bunun sayəsində qələbəni əldə etdik.
- Qələbədə həlledici amil nə oldu?
- Biz bir komanda kimi oynadıq və meydanda intizamlı idik.
- Meydanda ən yaxşılardan biri Yusif İmanov idi. Amma o, meydanın mərkəzinə qədər gəlir. Ona bu barədə siz tapşırıq vermişdiniz?
- Biz müdafiə xəttini irəlidə qururuq. Qapıçının bizi sığorta etməsi önəmlidir. O, bunun üçün öndə olmalıdır.
- Ötən mövsümlə müqayisədə daha güclüsünüz?
- Şadam ki, komandaya gələnlər bizə fayda verə bilir. Ancaq mövsüm sonunda nəsə demək olar. İndi iki yaxşı oyun oynamışıq. Amma daha 34 oyun oynamalıyıq.
- Yenə transfer edəcəksiniz?
- Biz bir futbolçu ilə müqavilə imzalamaq istəyirdik. Amma namizədlərlə anlaşa bilmirik.
- İstədiyiniz komandanı formalaşdıra bilmisiniz?
- Biz bu yolda irəliləyirik. Qarşıda çox iş var. Çünki hər fazada daha güclü olmalıyıq. İnanıram ki, daha yaxşı olacağıq. İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndir. "Zirə"nin iki əsas futbolçusu oynamırdı. Uzunmüddətli qiymət vermək üçün tezdir. Vaxt çoxdur. "Transfer pəncərəsi" də bağlanmayıb. Yəqin ki, bütün komandalar güclənməyə çalışacaq.
- Bu mövsüm sizin məqsədiniz nədir? Çempionluq mübarizəsi apara bilərsiniz?
- Bizim hədəfimiz irəliyə addım atıb, avrokuboklara düşmək və medallar uğrunda oynamaqdır. Hər oyun daha yaxşı nəticə qazanmaq istəyirik.
- Gənc qapıçı ilə iddialı yerlər üçün oynamaq təhlükəli deyil?
- Hər bir qapıçı səhv edə bilər. Dünən özünüz gördünüz ki, "Neftçi"nin qapıçısı əla seyvlər etdi, amma bir epizodda səhvə yol verdi. Yüz dəfə eyni zərbə gəlsə, buraxmazdı. Qapı elədir ki, bir səhv edəndə görünür. Amma hücumçu səhv edəndə heç kim görmür. Yusif ötən mövsüm və bu mövsümkü oyunu ilə qapıda dayanmağa layiqdir. Qapıçı mövqeyi çox çətindir. Tibo Kurtua da səhv edir. Bu elə mövqedir ki, mental cəhətdən çox güclü olmaq lazımdır. Səhv etsən belə, əsas olan ona verəcəyin reaksiyadır.
- Namik Ələsgərovun oyununu necə dəyərləndirirsiniz?
- Namik bu gün çox böyük iş gördü və vacib qol vurdu. Düzgün pressinq etdi və sonda qolunu vura bildi. Amma zədələnməsi bizim üçün üzücüdür.
- "Qarabağ"la çempionluq mübarizəsi aparmaq mümkündür?
- Oynayıb, görəcəyik.
- Çempionlar Liqasında "Qarabağ" uğurlu çıxışını davam etdirir. Sizcə, onlar "Viktoriya" səddini də keçə bilərlər?
- "Viktoriya"nın heç bir oyununu görməmişəm. Ona görə də sadəcə söz xətrinə nəsə demək istəmirəm. Amma "Qarabağ" təcrübəli komandadır. "Ferentsvaroş"la oyunlarda şanslar bərabər idi, amma onlar qollarını vurdular. Bu da onu göstərir ki, "Qarabağ" güclü psixologiyaya sahibdir. Onlar üç mərhələni keçibsə, demək ki, pley-off mərhələsində də şansları var. Proqnoz vermək üçün "Viktoriya"nın oyununa baxmaq lazımdır. (Sportal.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı