“Səbail” uzun fasilədən sonra Premyer Liqada qalib gəldi. “Qəbələ” üzərində böyükhesablı qələbədə (3:0) əsas pay sahiblərindən olan Adil Nağıyev Qol.az-ın suallarını cavablandırıb.
- 167 gündən sonra Premyer Liqada qələbə sevinci yaşaya bildiniz. Təəssüratların necədir?
- Bəli, çoxdandır ki, qalib gələ bilmirdik. Məğlub olduqca komandada psixoloji eniş olurdu. Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Azarkeşlərimiz və klub rəhbərliyi sağolsunlar, bizə yaxşı dəstək verdilər. Hər kəs bizdən qələbə gözləyirdi. Biz də çalışdıq ki, gözləntiləri doğruldaq. Meydana özümüzə inanaraq çıxmışdıq. Bilirdik ki, qələbə qazana biləcəyik. Şükürlər olsun ki, yaxşı oyunla qalib gəldik. Yəni biz qələbəyə layiq idik. Daha çox qol vura bilərdik, amma şanslardan istifadə edə bilmədik.
- Qeyd etdin ki, qələbə qazanacağımızı bilirdik. Nədən idi bu əminlik?
- Biz “Qəbələ” ilə bu mövsüm 3 dəfə oynamışdıq və hər birində uduzmuşduq. Amma yaxşı mübarizə aparmışdıq. Sadəcə, ikinci hissədə qollar buraxmışdıq. “Qəbələ” də neçə oyundur qələbə qazana bilmirdi. Onlarda da gərginlik olduğunu bilirdik. “Qəbələ” təzyiq altında idi. Biz isə öz meydanımızda oyuna rahat çıxmışdıq. Yəni bu oyunda bizdə inam daha çox idi. Hər hansı bir xüsusi səbəb yoxdur. Qeyd etdiyim məqamlara görə əmin idik.
- Mövsümdə ən yaxşı oyununuzu keçirdiyinizi demək olar. Belə oyunların sayı niyə çox deyil?
- Mövsüm boyu optimal heyətlə oynaya bilmirik. Bəzən zədəlilərimiz, bəzən də cəzalılarımız olur. Biz “Qarabağ”a qalib gələndən sonra bir neçə futbolçumuzu itirdik. Yəni optimal heyətimiz olmayıb. Ona görə də çətin olur. Çalışacağıq ki, bundan sonra daha yaxşı oynayaq.
- “Qəbələ” ilə görüşdə 1 qol vurdun, 1 qolun da demək olar ki, ötürməsini verdin. Yəqin ikiqat sevinclisən.
- Əlbəttə, həm qol vurmuşam, həm də qalib gəlmişik. Düzdür, qələbə qazana bilməsəydik, bu qədər sevinə bilməzdim. Belə durumda bir qol vurmaq və qol ötürməsi etmək çox sevindiricidir. Növbəti oyunlarda daha yaxşısını etmək istəyirəm. Əsas odur ki, qələbə qazandıq. Məncə, liderə ehtiyac var idi ki, komandanı bu durumdan çıxarsın. Şükürlər olsun ki, bunu bacardım. Həm də komanda yoldaşlarım çox yaxşı oynadı. Bunu birlikdə etdik.
- Komandanın qələbəyə nə qədər ehtiyacı var idi? Bu qələbənin ardını gətirmək olar?
- Məğlub olduqca bizdə ruh düşkünlüyü olurdu. Belə olanda meydanda istədiyin də alınmır. Ama bir qələbə komandaya daha inam verir. Bizdə bu qələbə çatmırdı. Bunu hər kəs istəməlidir. Yəni həm meydandakılar, həm də ehtiyatda olan futbolçular. Növbəti turlarda daha yaxşı oynayacağımıza, nəticə qazanacağımıza inanıram.
- Komandanın motivasiyası üçün mükafatlar və maaşların vaxtında verilməsi də əsas şərtdir. Bu sarıdan durum necədir?
- Düzdür, əvvəl yaxşı deyildi. Qışda rəhbərliklə görüşümüz oldu. İndi bizə daha yaxşı qayğı göstərilir. Hər zaman yanımızdadırlar. Onlar da bizdən yaxşı nəticələr gözləyir. Son zamanlar maliyyə sarıdan hər şey qaydasındadır. Bircə bizim yaxşı nəticə göstərməyimiz qalır. Rəhbərlik də yeni mövsümdən daha yaxşı, iddialı komanda görmək istəyir. Dünən də rəhbərlik oyunumuza gəlmişdi, bizə inandıqlarını bildirdilər. Bu da komandaya bir stimuldur. Biz də çalışacağıq ki, etimadı daha yaxşı doğruldaq.
Ramiq Ağaməmmədov
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video