“Neftçi”nin 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasındakı və avrokuboklardakı çıxışı futbol ictimaiyyətinin narazılığına səbəb olub. Hazırda turnir cədvəlində lider “Qarabağ”dan 9 xal geridə olan komanda ötən il uzun müddət sonra çempionluq qazansa da, bu mövsüm gözləntiləri doğrultmur.
Qol.az saytı “Neftçi”dəki hazırkı durum və paytaxt təmsilçisinin gələcək planları barədə klubun yeni idman direktoru Zaur Əzizovla söhbətləşib.
- Komandanın hazırkı vəziyyəti sizi nə dərəcədə qane edir?
- Allaha şükürlər olsun, hər şey qaydasınadır. “Neftçi” çıxışlarını davam etdirir. Komandanın gücü də yaxşıdır. Daxildə hər hansısa bir problemli nüans olanda, bunu klubda müzakirə edirik. Komandada əhval-ruhiyyə də yaxşıdır. Heç bir narahatlıq yoxdur.
- Düzdür, hələ mövsümün sonuna qədər müəyyən vaxt qalıb. Amma yenə də komandada böyük dəyişikliyə ehtiyac var?
- İstənilən komandanın həmişə inkişaf etməyə ehtiyacı var. Ona görə böyük yox, lazımi dəyişikliklər etməyi planlaşdırırıq. Yəqin ki, bu işləri yaya qədər yekunlaşdıracağıq.
- Bəs, baş məşqçi Samir Abasovun bu yöndə istəyi nədir? O, çoxlu futbolçu transferini istəyir?
- Transfer işlərində konkret say demək və ya hansısa futbolçunun üzərinə getmək olmur. Amma inkişaf etmək lazımdır. Transfer məsələlərini məşqçilər korpusu ilə müzakirə edirik.
- Yəqin ki, transferlər üçün axtarışlarınız başlayıb. Danışıqlar apardığınız futbolçular var?
- Axtarışlar həmişə olur. Sözsüz ki, bəzi futbolçularla danışıqlar aparmışıq. Amma hazırda ortada hansısa oyunçunun adını çəkəcək səviyyədə bir şey yoxdur.
- Son hadisələrdən sonra Rusiya və Ukrayna klublarında çıxış edən futbolçular komandalarından ayrılırlar. Bəzi klublar bundan yararlanır. “Neftçi”nin planında belə transfer var?
- Əgər uzunmüddətli müqavilə imzalayacaq bir futbolçu olarsa, onda bu haqda düşünə bilərik. Lakin indi sırf Ukrayna, Rusiya klublarından ayrılan futbolçularla danışıqlar aparmırıq. Maraqlandığımız oyunçular olub. Sadəcə olaraq hamısı mövsümün sonuna qədər müqavilə imzalamaq istəyiblər. Buna görə də həmin futbolçular bizim üçün maraqlı olmayıb. Qısammüddətli transfer istəməmişik.
- “Neftçi” ötən il çempion oldu. Buna görə də bu mövsüm komandadan gözləntilər daha böyükdür. Futbol mütəxəssisləri “Neftçi”nin istədiyi kimi oynaya bilməməsini düzgün transfer siyasətinin olmaması ilə əlaqələndirirlər. Bu baxımdan doğrudan da sizin üzərinizə düşən işlər çoxdur?
- Düzgün oyunçu almaq, seçim etmək lazımdır. Kənardan danışmaq asandır. Mən burada qeyri-adi bir şey görmürəm. Sözsüz ki, oyunçu seçimi səhv olursa, tənqidlər də səsləndiriləcək. Buna normal yanaşıram. Sadəcə çalışmaq lazımdır ki, futbolçu seçimi hətrəfəli şəkildə düzgün olsun. Transfer işlərində bir çox şərtlər var. Ən önəmlisi də maddi şərtlərdir. Biz də çalışırıq ki, klubun imkanları daxilində ən yaxşı oyunçunu gətirək. Bunu nə dərəcədə bacarağımız isə yəqin ki, növbəti yay transfer pəncərəsindən sonra aydın olacaq. Bütün kollektivlə birgə bu yöndə uğurlu bir iş ortaya qoymaq üçün çalışırıq.
- Hazırkı durumda klub rəhbərliyinin baş məşqçi Samir Abasova güvəni nə qədərdir?
- Samir Abasova kifayət qədər etimad var. Dediyim kimi, hazırda bütün kollektiv mövsümü ən yaxşı şəkildə başa vurmaq üçün çalışır.
- “Neftçi”yə Azərbaycanda ən yaxşı futbol akademiyası olan "Qəbələ"dən getmisiniz. Yeni klubunuzda akademiya ilə bağlı hansısa layihə düşünürsünüz?
- Futbol Akademiyası bizim işimizin çox önəmli bir parçasıdır. Biz sadəcə əsas komandaya yox, akademiyaya da kifayət qədər vaxt ayırırıq. Yəqin ki, ən qısa müddətdə orada da növbəti mərhələyə qədəm qoyulacaq.
Ramiq Ağaməmmədov
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı