Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov və onun ailəsi ilə görüşüb.
Qol.az xəbər verir ki, nazir bu barədə öz Feysbuk hesabından paylaşım edib. Görüşdə Şəhriyar Məmmədyarovun bacıları Türkan Məmmədyarova və Zeynəb Məmmədyarova, onların atası Həmid Məmmədyarov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və baş katib İlahə Qədimova olub. Fərid Qayıbov sözügedən görüşdən foto bölüşərək yazıb: "Sizcə, nədən danışırıq".
Azərbaycan Şahmat Federasiyasının (AŞF) yaydığı məlumatda isə bildirilir ki, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova yaradılan şəraitdən danışıb.
O deyib ki, burada eyni vaxtda 30 uşaq şahmatla məşğul ola bilər.Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi balacalara və yeniyetmələrə şahmatın sirrlərini tədris etmək, gələcəkdə yığmada komandada çıxış edəcək yeni adların üzə çıxmasına dəstək olmaqdır.
Şəraitlə tanış olan nazir uşaqların hazırlığı ilə maraqlanıb. F.Qayıbova məktəbin yetirmələrinin ilk uğurları barədə məlumat verilib. Bildirilib ki, “Məmmədyarovlar” məktəbinin yetirmələri aşağı yaş qrupları üzrə Respublika birinciliklərində uğurla çıxış edir.
F.Qayıbovla görüş zamanı qarşıdakı planlar barədə müzakirələr aparılıb, fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub.
Sonda ona və M.Məmmədova xatirə plaketləri tədqim olunub.
Qeyd edək ki, “Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır. Məktəbə Zeynəb Məmmədyarova rəhbərlik edir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov son olaraq "Tata Steel Chess"də 13 oyundan 8 xalla ikinci olub.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə