"Neftçi" yeni idman direktoru Zaur Əzizovu ictimaiyyəti təqdim edib. Təqdimat "Bakcell Arena"da baş tutub. Zaur Əzizov tədbir zamanı jurnalistlərin suallarını cavablandırıb:
- Qısa müddət öncə bu məqsədlə sizinlə görüşəcəyimizi düşünmürdüm. Klub prezidentindən təklif gəldi, bir neçə müzakirədən sonra qərar verdim. "Neftçi"yə keçidimə görə şadam, ümid edirəm ki, hər birimiz üçün, klub üçün uğurlu, xeyirli olar. İstər klub rəhbərliyindən, istərsə də azarkeşlərdən deyilən sözlər məni çox daha məsuliyyətli olmağa məcbur edir. Ümid edirəm, bu klubda etimadları doğruldacağam. "Neftçi"də uğur qazanmaq klubun keçmiş azarkeşi kimi böyük arzumdur.
- Kamran Quliyevin təyinatından sonra ilk rəsmi şəxssiniz ki, bu cür təqdimat keçirilir. Bu məsuliyyətli olmaq yönündə pressinqdir, yoxsa populyarlıqdandır?
- Azərbaycanda futbol ailəsi çox böyük camiə deyil. Bəlli çevrə var. Onların içində jurnalistlər, hamımız bir-birimizi tanıyırıq. Konkret səbəb deyə bilməyəcəyəm. Yəqin ki, jurnalistlərin, keçmiş həmkarlarımın bu yöndə istəkləri oldu. Biz də fikirləşdik ki, ən doğrusu bu olar. Amma bunun özü də məsuliyyəti daha da artırır.
- "Qəbələ"də təlabət buradakı kimi deyil. "Neftçi"də media və azarkeşlərin də tələbatı var. Bu, işinizə mane olmayacaq?
- Düşünmürəm. Görəcəyimiz işlər eynidir. Klubun qarşısındakı məqsədləri bilirik. "Qəbələ" və "Nefçti"də görəcəyimiz işlər bir-birindən fərqlənməyəcək. Təbii ki, "Neftçi"yə diqqət daha fərqlidir. Amma bu barədə narahatlığım yoxdur. Ən önəmli məsələ işimizi düzgün qurmaq və inkişaf etdirməkdir.
- Hazırkı "Neftçi"də nə çatışmır?
- Hər bir klubda nəsə çatışmır. Bir çox məqam ola bilər. Hazırda "Neftçi" ilə tanış olmadığıma görə dolğun cavab verə bilmərəm. Təbii ki, klub rəhbərliyi, akdemiya rəhbərliyi ilə müzakirələr etdikdən sonra inkişafdan danışarıq. Bəlli resurslar müqabilində kifayət qədər ciddi işlər görülüb.
- Planlarınız nədən ibarətdir?
- Stabil komanda yaratmağın yolu birdir: Uğurlu məşqçilər korpusu, futbolçu heyəti formalaşdırmaq. Eyni zamanda akademiyada da layihələr, strategiyalar olmalıdır. Mən gələndən sonra komanda dərhal fərqli mərhələyə qədəm qoymayacaq. Onsuz da komanda yüksək mərhələdədir. Necə irəli gedə bilərik, ona baxacağıq.
- Tapşırıqlar genişdir. Bunun üçün sizə böyük bir komanda lazım olacaq...
- Akademiya, əvəzedici, əsas komanda hamısı birdir. İlkin dönəmdə işlə tanış olacağıq. Əsas komanda üzdə olan hissədir, ancaq akademiya ilə bağlı kifayət qədər məlumatım yoxdur. Müəyyən qərarlar vermək üçün vaxt lazımdır. Bəlli dönəmdən sonra menecment hissəsi ilə bağlı müzakirələrimiz olacaq.
- “Qəbələ”dən ayrılmağınız necə oldu? Ordan sizə deyilibmi ki, mövsümün bitməsini gözləyəsiniz?
- Çox çətin qərardır. Həm “Qəbələ”dən ayrılmaq çətin idi, həm də “Neftçi”nin təklifini geri çevirmək. İlk təmas olduqdan sonra Fariz Nəcəfovla danışdım, belə bir məsələnin olduğunu bildirdim. Əlbəttə, klubda qalmağımı istədiyini bildirdi. Ancaq tam olaraq özümün qərar verəcəyimi və dəstək olacağını söylədi. Qışda ayrılmağın daha məqsədəuyğun olduğunu düşündüm. “Qəbələ”də işlər yaxşı, gözlənilənin üzərində gedir. Qışda ciddi dəyişiklik olacağını gözləmirəm. Yayda isə daha ciddi çətinlik yaşanardı. Bəlkə də, həmin vaxt belə qərar verməzdim. Yayda Azərbaycan klublarında ciddi dəyişikliklər olur. Avrokuboklar öncəsi klubdan getməyi daha yanlış, riskli adlandırardım. İndiki dönəmdə orda heyət formalaşıb, yaxşı işlər görülür. Prosesin belə davam edəcəyini düşünürəm. Artıq yerimə təyin olunan şəxs yaya qədər rahatlıqla adaptasiya dövrü keçəcək, onu nələrin gözlədiyini biləcək, buna hazır olacaq. Məncə, tam vaxtıdır.
- Qışda “Neftçi”də hansı dəyişikliklər olacaq?
- Ciddi dəyişikliklər gözlənilmir. Qışda çox zaman belə olmur. Gəlib-gedəcək futbolçular müzakirə olunur. Ən vacib məsələ klubun yay üçün hazır vəziyyətə gəlməsidir. Mümkün olan dəyişiklikləri qışda, digərlərini yayda edəcəyik. Futbolçu heyəti ilə bağlı çatışmazlıqlar bəllidir. Bu istiqamətdə iş gedir.
- Samir Abasovla ilk dəfə çalışacaqsınız. İlkin söhbətinizdə təəssüratlar yarandı? Nəzərə alaq ki, o, idman direktoruna ehtiyac olmadığını söyləmişdi...
- İlkin fikirlərim müsbətdir. Baş məşqçi həmişə fikir bildirə bilər. Önəmli olan klubun strukturudur. Eyni fikirdə qala da bilər. Əminəm ki, uğurlu şəkildə çalışacağıq. Qısa görüşümüz olub. Bu, tam fikir bildirmək üçün kifayət etmir. Kənardan gördüyüm qədər məşqçiyə lazım olan xüsusiyyətlərə sahib insandır. Üzərində işləyən, inşkişaf etmək istəyən və çempion mütəxəssisdir. Kifayət qədər mütəxəssislə işləmişən, öz tərəfimdən hansı dəstək ola bilərəmsə, 24 saat hazır olacağam.
- Kamran Quliyevlə müzakirələrinizdə “Qarabağ” adı nə qədər çəkilib?
- Hansısa klubu müzakirə etməmişik. Konkret detaldan söhbət gedə bilər. Önümüzdə “Neftçi” kimi klubda həyata keçirmək istəyirmiz layihələr var. Önəmli olan budur (sportal.az).
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər