Azərbaycan millisinin koronavirusa yoluxduğu bildirilən üzvü Mahir Emrelinin son durumu açıqlanıb.
Qol.az xəbər verir ki, bu barədə onun klubu "Legiya"nın mətbuat xidmətinin rəhbəri İzabela Kruq öz Tvitter hesabında məlumat yayıb. O, 24 yaşlı hücumçunun ikinci koronavirus testinin nəticəsinin neqativ çıxdığını və vəziyyətinin yaxşı olduğunu bildirib:
"Mahirin ikinci koronavirus testinin nəticəsi neqativ çıxıb. Oyunçuya peyvənd vurulub. Onda koronavirus simptomları yoxdur. Biz situasiya ilə bağlı əlavə məlumat verəcəyik".
Qeyd edək ki, AFFA bu gün yaydığı açıqlamada Mahirin COVİD-19 testinin müsbət çıxması haqda xəbər yayıb. Bildirilib ki, bu səbəbdən futbolçu Azərbaycan millisinin bu gün DÇ-2022-nin Serbiyaya qarşı oyununda iştirak etməyəcək.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır