Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bu yay Beynəlxalq Olimpiya Komitəsinin Yay Olimpiya Oyunlarının proqramına daxil etdiyi idman növlərindən biri də Muay-tay oldu. 200-ə yaxın yaşı olan bu idman növü ilə ölkəmizdə 20-ci əsrin sonlarından məşğul olurlar.
Azərbayanda Muay-tayın durumu necədir, Olimpiya Oyunlarında bu idman növündən medal gözləntilərimiz nə dərəcədə olmalıdır və bu kimi digər suallarla Muay-tay və Uşu Federasiyasının mətbuat xidmətinin rəhbəri Elxan Mübarizlərə müraciət etdik. O, həm də “Mübarizlər” döyüş klubunun direktoru və baş məşqçisidir.
- Əvvəlcə sizdən Muay-tay idman növünün özəllikləri haqda məlumat almaq istərdik.
- Muay-tay çox ağır idman növüdür. Hətta kikboksdan da ağırdır. Ona görə də bu idman növünün Olimpiya Oyunlarına daxil edilməyəcəyindən narahat idik. Muay-tayda klinç vəziyyətində də diz və dirsək zərbələri işlənilir. Yəni bu idman növü ayaqüstü döyüşlərdən ən sərtidir. Amma eyni zamanda ən qədim döyüş növlərindəndir. 19-cu əsrdən istifadə olunan döyüş sənətidir. Bir çox mənbələr Muay-tayın Taylandda yarandığını yazır. Buna Tayland boksu da deyirlər. Məncə, artıq Azərbaycanda Muay-tay haqqında məlumatı olmayan az adam olar. Uşu-Sanda isə Çində yaranmış idman növüdür. O da Olimpiya Oyunlarına daxil olunmalıydı. Hələlik sənədləri təqdim olunub. Yəqin ki, yaxın gələcəkdə bu idman növünü də olimpiadada görəcəyik.
- Muay-tay Azərbaycanda nə vaxtdan var?
- 1994-cü ildən. Həmin vaxtdan İdman nazirliyi tərəfindən tanınıb və federasiya kimi təsdiq olunub. Ancaq dünyada yaşı 150-dən çoxdur. Hərbi üçün ən yararlı idman növüdür. İnsan özünü sağlam hiss edirsə, 40 yaşına qədər bu idman növü ilə məşğul ola bilər. Muay-tayda gücə daha çox üstünlük verilir. Təsəvvür edin ki, blok qoyub müdafiə olunursan, rəqib isə blokun üstündən yenidən zərbə vurub səni yıxır. Peşəkarlarda belədir.
- Olimpiya Oyunlarında bu cür sərt döyüş növü yoxdur. Olimpiada zamanı qaydalarda hər hansı dəyişiklik ola bilər?
- Yəqin ki, müyyən dəyişikliklər olacaq. İdmançıların əzilməsinə yol verməmək, travmaların az olması üçün qaydalarda yüngülləşdirmə edəcəklər. Hamı bilir ki, Muay-tay ağır idman növüdür. Hər halda qoruyuculardan istifadə olunacaq. Jiletlər, dirsəklərə və dizlərə taxılan qoruyucular olacaq. Artıq son illərdə ağır idman növlərində qoruyuculardan istifadə olunur.
- Muay-taya neçə yaşından yazılmaq olar?
- 6 yaşdan yuxarı uşaqları götürürük. Uşağın gözü döyüşə alışmalıdır. Artıq 6 yaşında olan uşaqları yarışa çıxarırıq. Uşaq da olsalar, rinqdə bir-birini rəqib kimi görürlər. İndiki uşaqlar çox şeyi bilirlər. Bizdə 35 yaşında məşqə gələnlər də var. Hansı ki, ömür boyu idmanla məşğul olmayıblar. Ağardığımız təbliğatın nəticəsində həvəslənirlər. Düşünürlər ki, bu idman növü onlara xeyir verəcək. Ümumiyyətlə, kişilərdə hansısa bir vərdiş olur. Bu, yaxşı vərdiş olmalıdır. Elə tələbələrim var ki, onlardan yarış nəticəsi gözləmirəm. Təki sağlam olsunlar. Sabah 5-6 Azərbaycan övladının, gələcəyin əsgərlərinin yanında təbliğat aparsınlar. Təbliğatdan çox şey asılıdır.
- Muay-tayın Olimpiya Oyunlarının proqramına daxil edilməsi bu idman növündə işləri sürətləndirib?
- Bəli, işlər daha əvvəldən başlayıb. Federasiya rəbərliyinin göstərişi var. Bu idman növlərinə diqqəti daha da artırmalıyıq. İndi idmançılarımız daha çox məşq etməlidir. Bilirsiniz ki, idmançılarımız bir çox turnirlərdə qalib olurlar, ancaq olimpiadaya gələndə medal sayımız çox az olur. Yəni, ümumi idmanımıza durğunluq var.
- Bəs hazırda Muay-tay idman növündə durum nə yerdədir?
- Hər şey rəhbərlikdən asılıdır. Federasiya prezidenti Azər müəllim sağ olsun. Tərif kimi çıxmasın, Azər Həsənov özü şəxsən təlim-məşq toplanışında iştirak edir. Uşaqların məşqinə baxır. Əslində bütün bu işləri onsuz da məşqçilər görür. Ancaq federasiya rəhbəri də özü bunlara nəzarət edir ki, nöqsan olmasın. Qulağı ilə eşitməkdənsə gözü ilə görməyi üstün tutur. Buna görə də bizim idman növlərində hər şey qaydasındadır.
- Azərbaycanda gənclərin Muay-tay və Uşuya marağı necədir?
- Gənclərin marağı çox yaxşıdır. 2010-cu ildən sonra daha çox axın başlayıb. Bu, o idman növüdür ki, boksa qarşı hazırlanıb. Taylandlılar bunu boksa qarşı yaradıblar. Ona görə də düşünən adam daha güclü idman növü hansıdırsa, ona üstünlük verir. Uşaqlarda bu həvəs var. Bunu zallarımıza gələn uşaqlardan da görmək olur. Doğrudan da son illər bu idmana axın çoxdur.
- Bölgələrdə bu sarıdan vəziyyət necədir?
- Əvvəllər bölgələrdə maraq az idi. Ancaq indi 30-dan çox rayonda klublarımız fəaliyyət göstərir. Bu da məncə, böyük uğurdur. Müxtəlif bölgələrimizdən gənclərin Muay-tay idman növünə yazılması sevindiricidir.
- Muay-tay və Uşu kimi idman növləri gənclərimizin mənəvi-psixoloji inkişafına nə dərəcədə təsir göstərir?
- Onu deyim ki, bu idmanda əsəb yolverilməzdir. Yəni əsəbləşdinsə, tamamilə müdafiəni unudursan. Muay-tayın üstünlüyü odur ki, çox sərbəst olmalısan və döyüşdən sonra rəqibinlə görüşməli, ona sayğı göstərməlisən. Döyüş zamanı kim əsəbiləşəcəksə, mütləq uduzacaq. Yəni belə xüsusiyyətləri var. Buna görə də Muay-tayla məşğul olan gənclərin fiziki sağlamlıqla yanaşı, psixoloji durumu da yerində olur.
Balalarımız bizim gələcəyimizdir. Onları qorumalıyıq. Şərt o deyil ki, uşaqlar idmançı olsunlar. Əsas odur ki, sağlam, savadlı olsunlar. İdmançının mütləq savadlı da olmalıdır. Boş başda ağıl olmaz. Təkcə qolu güclü olmaqla deyil. Ən azından təhsili olmalıdır, tariximizi bilməlidir.
- Bu kimi idman növləri gənclərimizi narkomaniyadan uzaqlaşdıra bilərmi?
- Ümumiyyətlə, idmana gələn adam pis vərdişlərdən uzaqlaşmalıdır. Çünki idmançının sağlam bədənlə bərabər sağlam da ruhu olmalıdır. Pis vərdişlərlə məşğul olan gəncin sağlamlığı artıq öz əlində deyil. Ona görə də biz çalışırıq ki, uşaqları 6 yaşından məşqlərə dəvət edək. Onların valideynləri ilə danışırıq. Sosial şəbəkələrdə bu haqda çoxlu paylaşımlar etmişəm ki, valideynlərimiz uşaqlarını bu və ya digər idman növlərinə cəlb etsinlər ki, onların mənəvi-psixoloji və fiziki durumu yerində olsun, pis vərdişlərlə məşğul olmasınlar. Çox təəsüf edirəm ki, son zamanlar pis vərdişlərlə məşğul olan gənclərimizin sayı artıb. Bunun qarşısını onları idmana cəlb etməklə almaq olar. Biz bu ölkənin vətəndaşıyıq və vətən üçün çalışırıq. Birinci mənəviyyatı düşünməliyik. Mənəviyyatın da yerində olması üçün gənclərimiz narkomaniyadan, pis vərdişlərdən uzaq olmalıdır.
- Qarşıda muay-tayçılarımızı hansı turnir gözləyir?
- Hazırda uşaqlar Rusiyanın Kazan şəhərində keçiriləcək 1-ci MDB oyunların hazırlaşır. Orada 20-dən çox idman növündə yarışlar olacaq. Muay-tay da ora daxil olunub. Bizim 6 idmançımız, 2 məşqçimiz, 1 hakimimiz və federaiya prezidenti Azər Həsənov həmin yarışa hazırlaşmaq üçün Qəbələdə təlim-məşq toplanışındadırlar. Kazandakı yarış sentyabrın 1-dən 12-nə qədər keçiriləcək. Muay-tay yarışında ölkəmizi Məmməd Əmrəliyev, Rəvan Ağazadə, Məhər Əsədzadə, Əli Əliyev, Musa Nuruzadə və qadın idmançımız Leyanna Mary Sayer təmsil edəcək.
- Təmsil olunduğunuz idman növlərində hansı uğurlar var?
- Son dünya çempionumuz Cabbar Musayevin adını çəkə bilərəm. Cənab prezidentimiz İlham Əliyev də onu qəbul etdi. Sağ olsun. Deməliyik ki, bu gün bizdə idmana gələnlərin 90 faizi ölkə prezidenti İlham Əliyevin sayəsində bunu ediblər. Onun dəstəyi nəticəsində idmançılarımız daha da irəli can atırlar.
Bayaq adlarını çəkdiyim Əli Əliyev Avropa Kubokunun qalibi, Rəvan Ağazadə və Musa Nuruzadə isə gənclərin dünya çempionlarıdır. Uğur qazanan idmançılarımız çoxdur. Onu da deyim ki, başqa idman növlərindən fərqli olaraq, Muay-tayda yer tutmaq çətindir. Yəni gedək 10 dənə medal gətirək filan, bu, mümkün deyil. Söhbət təkcə Azərbaycandan getmir. Ümumiyyətlə, çətin idman növüdür. Hakimlərin də dünya səviyyəsində dəqiq qərarları və yarışdakı idmançıların yüksək səviyyədə hazırlığı medal qazanmaq şansını azaldır. Nəticə vermək üçün sona qədər məşq etməli, daim öz üzərində işləməlisən.
- Olimpiya Oyunlarında Azərbaycanın cüdo və güləş kimi idman növlərindən gözləntiləri həmişə çox olub. Muay-tay da onların sırasına qoşula bilər?
- Tam səmimi deyim ki, Muay-tayda Azərbaycana medal gətirəcək igidlərimiz kifayət qədərdir. Buna çalışan məşqçilərmiz də çoxdur. Mən bir Muay-tay federasiyasının üzvü kimi, tam əminliklə deyə bilərəm ki, bizim uşaqlar sona qədər mübarizə aparacaqlar. Çünki məşqçilər, federasiya rəhbərliyi bunu tələb edir. Fikrimiz ancaq nəticələr əldə etməkdir.
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi