"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır

"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır
XƏBƏR 29 Oktyabr 2025 / 09:58 332
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası 7-ci qrupda "Yunayted Qalati" (Rumıniya) ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti sabah "Differdanje 03" ilə, noyabrın 1-də isə "Tigers Roermond" ilə üz-üzə gələcək.

29 oktyabr

22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)

Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)

Timekiper: Laurentiu Deakonu (Rumıniya)

Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)

UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)

Sala Sporturilor Dunarea.


Son xəbərlər
28.10.25  15:00

"Bayer"də ciddi itki