"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində MOİK-ə 6:2 hesabı ilə qalib gələrək 1/8 finala adlamaqları haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə yeni transferlləri Vensan Abubakarın dubl etməsinin ardından aralarında keçən söhbətdən söz açıb: "Müzakirə edirdik. Onun toxunuşu, klası... Vurulan qola sevinirdik. Bu haqda danışırdıq, başqa bir şey yox idi".
S.Abasov "Özünüzə sual verirsiniz ki, Abubakarı niyə vaxtında gətirmədik" sualını belə cavablandırıb: "Vaxtında gətirə bilməzdik. Bizim üçün əlçatmaz idi. Belə futboloçular üçün Azərbaycan Premyer Liqası can atdıqları yer deyil. Uyğun zaman lazımdır ki, belə oyunçuları yaxalayasan. Mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bizim üçün də xoş hal deyil. Bütün futbolçular oynayır. Şəxsən mən bölgü aparmazdım. Digər futbolçuların etdiklərini də görürəm. Bizə hücumçu, bitirici lazım idi. Belə hücumçu gətirmişik. Biz sırf Abubakarın arxasınca qaçmamışdıq. Ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik".
O, Azərbaycan kubokunu qazanmaq şanslarını da dəyərləndirib: "Bizim üçün kubok həmişə çətin olub. Şəxsən mənim özüm üçün də .Biz elə komandayıq ki, bizim üçün növbəti oyun prioritetdir. Hər iki turnirdən də yapışacağıq. Baxmayaraq ki, bu, çətindir. Bizim üçün püşk önəmli deyil. Hər oyunu udmalıyıq. iki ay sonra kiminlə oynayacağımızı düşünmürük. Bu klubda belə şey olmayıb. "Sumqayıt"da işləyəndə fikirləşirdik ki, bu turnir asandır, bütün fikrimizi bura yönəldək. "Sumqayıt" "Qarabağ" deyil. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi hiss edirik".
Baş məşqçi "Abubakarın gəlişindən Bassala Sambunun psixoloji durumu necədir" sualını caablandırıb: "Çoxa əladır. Yaxşı tərəfi odur ki, Sambu Abubakarla rəqabət aparacaq".
S.Abbasov komandasının heyətindən və oyun sistemindən də danışıb: "Murad Məmmədov zədələndiyi üçün məcburiyyətdən Mustafa Seki oynatdıq. Format məsələsinə gəldikdə, üçlü də, dördlü də ola bilər. Üstündə durduğumuz dördlü müdafiə sistemidir. Dəyişikliklərə də gedə bilərik. Məşqlərdə bəzi oyunçuları sol cinah müdafiəçisi mövqeyində yoxlayırıq".
O, müdafiə və qapı xəttində boşluqlarının olub-olmaması haqda bunları deyib: "Bu oyun "Neftçi" üçün göstərici deyil. Belə matçlara oyunçuları motivasiya etmək çətindir. Bu cür oyunlarda ancaq hücumu fikirləşirsən. Qapına hücum olanda belə zədəsiz vəziyyətdən çıxmaq istəyirsən. Futbolçuları anlayıram. Səhvlər var idi. Yüz faiz bilirəm ki, həmin futbolçular başqa oyunlarda o səhvləri etməzlər. Boşluqqdan irəli gələn bir şeydir. Çox gözəl skaut departamentimiz var. Bir çox ölkələrə gedirlər. Transfer fəaliyyətimizi uzunmüddətli iş üzərində qururuq".
S.Abasov sonda Rza Cəfərovla klub arasındakı münasibətlərin pozulub-pozulmamasına dair suala cavab verib: "Bizim Rza ilə münasibətimiz niyə pozulsun ki? Qəbələdə bu suala cavab verdim. Qapı xəttində yaxşı rəqabətimiz var".
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi
Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi
Azərbaycanın cüdo millisi hazırlığı Bakıda davam etdirir
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
“Bu, mənim üçün çox vacib idi” - “Qəbələ”nin baş məşqçisi
Kevin De Brüyne əməliyyat olundu
“Barselona”ya Pedridən pis xəbər
“Mançester Siti” Rodri ilə danışıqlara başladı
Avropa çempionatına gedəcək cüdoçularımız müəyyənləşdi
"Asan qələbə olmadı" - "Sumqayıt"ın baş məşqçisi
"Real"ın futbolçuları Xabi Alonsodan narazıdırlar
Bakıya nə qədər "Çelsi" azarkeşi gələcək?
"Leyptsiq" azarkeşi oyundan əvvəl vəfat etdi
Maradonanın tarixi qolu üçün xüsusi sikkə buraxıldı
AFFA rəsmisinə UEFA-dan təyinat verilib
La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
Azərbaycan futbolunda yeni ad – “Murov Kəlbəcər”
FİFA-dan Türkiyə klubuna sərt cəza
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi
AFFA-nın danışıqlar apardığı futbolçu Rusiya millisində
Messi Barselona xatirələrindən danışdı
Liderin səfər qələbəsi - Video
Benzema qol vurdu, Ronaldo baxdı
"İmişli"nin 90+5-ci dəqiqə qolu ilə qələbəsi - Video
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək