Etopaz-dan Azərbaycan ordusuna təbrik videosu

Etopaz-dan Azərbaycan ordusuna təbrik videosu
ETOPAZ 26 İyun 2021 / 09:39 623
-  A +

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Ötən noyabrda Azərbaycanın tarixi zəfəri ilə bitən Vətən Müharibəsindən sonra əsgər və zabitlərimiz bu günü yüksək şövq və əzmlə, qalib ordu olaraq qeyd edir.

Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında "Dəmir yumruq"la başı əzilən erməni faşistləri 30 ilə yaxın işğal altında saxladıqları əzəli Azərbaycan torpaqlarından çıxarıldı. Şuşaya üçrəngli bayrağımız sancıldı, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın və Hadrut, öz sahibinə qovuşdu, dövlət sərhəddimiz bərpa olundu.

Azərbaycanın ilk mərc oyunları saytı Etopaz qəhrəman hərbçilərimizi, qalib ordunu Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara dövlətimizin qorunması işində uğur arzulayır.

Etopaz-ın Silahlı Qüvvələr Günü ilə əlaqədar hazırladığı video-roliki təqdim edirik.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord