"Neftçi" Azərbaycanda futbol markasıdır"

"Neftçi" Azərbaycanda futbol markasıdır"
ÖLKƏ FUTBOLU 15 İyun 2021 / 15:52 3265
-  A +

"Dinamo"nun (Tibilisi) baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu mərhələdə "Neftçi" ilə qarşılaşacaq komandanın çalışdırıcısı təmsilçimiz haqqında deyib:

"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo"nun Gürcüstanda olduğu kimi futbol markasıdır. Bu komanda ciddi rəqibdir və əlbəttə ki, onu qiymətləndiririk. Belə bir vəziyyətdə şanslar haqqında danışmaq qəbuledilməzdir. Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Planlarımız var, mümkün qədər çox çalışıb, nəticəni mümkün qədər yaxşı nəticə əldə etməliyik".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi