"Neftçi"nin son dəqiqə qolu ilə nəhayət çempionluğa sevinməsi əslində gözlənilən idi.
Heç bir komanda, o cümlədən "Qarabağ" mövsümü əbədi ilk pillədə bitirə bilməz. Həmin an da indi yetişdi.
Komanda qazananda qələbəyə hamı pay sahibi olur, uduzanda isə yalnız baş məşqçi uduzur. Bu dəfə də oxşar vəziyyət idi. Samir Abbasov son illərdə "Neftçi" azarkeşlərin az qala ilk dəfə gördüyü adamların kölgəsində qaldı...
Amma çempionluğu yalnız Samir Abbasovun adına yazmaq da insafsızlıqdır.
Bu heyəti formalaşdıran və haqsızlıqla klubdan kənarlaşdırılan keçmiş idman dirüktoru Ceyhun Sultanovu, "özəyi" təşkil edən bəzi futbolçuları zamanında kluba gətirən keçmiş prezident Orxan Hüseynzadə və eks baş məşqçi Elxan Abdullayevi əsla unutmaq olmaz!
"Ağ qara" tarixin ən çətin dövründə böyük məsuliyyət altına girən və ümidləri artıqlaması ilə doğruldan gənc vitse-prezident Elnur Eyvazovun da adı xüsusi qeyd edilməlidi.
Təbii ki, prezident Kamran Quliyev kimin nə deməsindən, simpatiya və ya antipatiya bəsləməsindən asılı olmayaraq bundan sonra hər kəsə rahatlıqla "Hər şey yaddan çıxır, nəticə qalır" deyə bilər.
Yaxın keçmişdə "Neftçi"də çalışdığımdan klubda işləyən əksər adamları yaxından tanıyıram və hər birinin necə gözəl insan, işinin peşəkarı olduğunu bilirəm. Amma daha ad çəkməyəcəm ki, heç kim inciməsin. Yoxsa gərək bu haqda ayrıca kitab yazam.
Yalnız onu deyim ki, mənə görə "Neftçi"nin qələbəsində hamıdan daha böyük pay tribunaya buraxılıb-buraxılmamalarına baxmayaraq azarkeşlərindir. Çempionluğu haqq edən bu möhtəşəm insanlar arasında şəhidlər və qazilər də var. Onlardan biri də şəhid mayor Rüfət Əskərovdur. "Neftçi" "Qarabağ"la oyundan dərhal sonra adına yaraşanı etdi və çempionluq kubokunu ikinci Fəxri Xiyabana - Rüfətin məzarı önünə apardı.
Bu çempionluq Vətən uğrunda canından keçən bütün "Neftçi" azarkeşlərinin idi.
Ümumiyyətlə, mövsümün finişi çox duyğusal alındı. Final fitindən sonra kapitan Emin Mahmudovun kövrələrək "Çox arzulayırdım ki, karyeramda heç olmasa bir dəfə çempion olum" deməsi şəxsən məni çox təsirləndirdi. Emin Mahmudov məncə Azərbaycanın ən yaxşı futbolçusudur. Ölkəmizdə bu sahədə nadir nüsxələrdəndir ki, xarakteri, insanlığı istedadı və potensialını tamamlayır. Vətəndən kənarda da çempion komandalarda oynaya bilər. Karyerasının da tam çiçəklənən dövrüdür. Əsl parlamalı məqamdır indi. Eminin, Namiq Ələsgərovun, Mirabdulla Abbasovun, Ömər Buludovun, yaşından asılı olmayaraq başqa yerli futbolçuların təklif gələcəyi təqdirdə düşünmədən xaricə yollanmasını arzulayıram.
Bu mövsüm daxili arenada göstərilən oyunun davamını avrokuboklarda gətirmələri diləyi ilə, "Neftçi"yə Çempionlar Liqasında uğurlar!
Anar Şabanoğlu
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun