"Oyuna yaxşı başladıq. Birinci hissə istədiyimiz kimi oldu. Hər şey plan üzrə gedirdi. İkinci hissədə bəxtsizlik və adi epizodlarda ani diqqətsizlik baş verdi. Birinci qolda səhvimiz də yox idi. Ağabala Ramazanovun ötürməsini külək yana çevirdi. Onların oyunçusuna topun necə toxunduğunu görmədim. "Qara bulud" üstümüzdən çəkilmir. Sizə deyim, "Zirə" bizdən üstün oldu, bütün oyunu apardı, xeyr, elə olmadı. Psixoloji cəhətdən fikirləşirik ki, bu vəziyyətdən necə çıxaq".
Bu sözləri Qol.az-a açıqlamasında "Keşlə"nin kapitanı Tərlan Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsində evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib.
O, şanslarının hələ bitmədiyini söyləyib: "Biz hələ təslim olmamışıq. Evdə 1:2 hesabla uduzmuşuqsa, cavab görüşündə bu hesabla qalib gələ bilərik. Sadəcə hazırlaşıb komanda şəklində mübarizə aparmalıyıq. 5-6 nəfərin istəməyi ilə qələbə olmur. Qələbəni bütöv komanda arzulamalıdır".
Təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqansının 24-cü turunda evdə "Səbail"i qəbul edəcəkləri matçdan da danışıb: "Açığı desəm, Konfrans Liqasına vəsiqə qazanmaq üçün bütün gücümüzü kubok oyununa vermişdik. Düzdür, məğlub olduq, amma hələ də şansımız var. "Səbail"lə matça ancaq qələbə üçün çıxacağıq. Çünki bu qələbə kubokun cavab görüşündə bizim üçün motivasiya mənbəyi olsun. 7 oyundur heç-heçə edirdik, dünən məğlub olduq. Oyunların ikisində əlavə olunmuş dəqiqədə qol buraxmışıq, halbuki hesabda öndə olmuşuq. Digər oyunlarda da üstünlük bizdə olub, amma adi vəziyyətlərdə qollar buraxmışıq. "Səbail"lə görüşə də qələbə üçün çıxacağıq".
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"