Futbol tarixində böyük qarşıdurma yaşanır.
İlk dəfə olaraq Avropanın TOP-5 ölkəsindən 12 nəhəng klub - "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "İnter", "Yuventus", "Milan" (hamısı İtaliya), "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" (hamısı İngiltərə) Avropa Superliqası adlı turniri yaratdıqlarını elan edib. Siyahının getdikcə uzanacağı ehtimalı yüksəkdir və bu, faktiki olaraq, UEFA-ya meydan oxumaq deməkdir.
Superliqaya rəhbərliyi futbolun baronlarından sayılan “Real”ın prezidenti Florentino Peres edəcək. Liqanın yaradıldığı elan edildikdən sonra “Yuventus”un prezidenti (həm də Superliqanın vitse-prezidenti) Andrea Anyelli UEFA İcraiyyə Komitəsinin üzvlüyündən və UEFA-nın tərəfdaşı olan Avropa Klublar Birliyinin prezidenti vəzifəsindən istefa verib. Dünən axşam isə UEFA dərhal bəyanat yayaraq yaranacaq liqanı tanımayacağını elan edib. FİFA da Avropa qurumunu müdafiə edib ki, bu da gözlənilən idi. Çünki dünya futbolu tarixində bu günədək nə FİFA, nə də UEFA onların yarışına alternativ olan liqaları tanıyıb.
Ötən illər zaman-zaman bu tipli liqaların təşkil olanacağı ilə bağlı fikirlər səslənib. Lakin bu, elə ideya olaraq qalıb da. Lakin hazırda vəziyyət ciddiləşib. Faktiki olaraq, super ulduzların yığışdığı klublar öz liqalarını yaratdıqlarını elan edib.
İndi isə maraq doğuran suallara gələk. Bu liqa niyə yaradılır? Heç şübhəsiz bunun qaynağı kommersiya maraqlarıdır. Məlumdur ki, müasir futbol biznesin böyük gəliri olan bir qoludur. Xüsusən UEFA-nın Çempionlar Liqası və “böyük beşlik” liqaları. Təkcə ÇL-in iştirakçısı olan TOP klublar reklam, yayım və digər marketinq gəlirlərindən mövsüm ərzində yüzmilyonlarla avro qazanır. Təbii ki, ÇL-in vitrininə gözəllik verən məhz TOP-5 ölkələrinin (İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa) klublarıdır. Həmin ölkələr rəsmi formada olmasa da, həmişə 32 klubun yarışdığı Çempionlar Liqasında (qrupda) reytinqi aşağı olan liqaların iştirakının əleyhinə olublar. Hətta yeri gələndə UEFA özü də bunu ürəkdən istəməyib. Amma bu qurum ona üzv 55 dövlətin hamısının yarışda iştirakına şərait yaradıb. Yəni gücün çatırsa, təsnifat mərhələlərini adla və qrupa vəsiqə qazan. Məsələn, 2017-ci ildə “Qarabağ” ÇL-də qrupda oynadı, buna görə 16 milyon avro olmaqla böyük bir gəlir də əldə etdi. Lakin Avropada hamı qəbul edir ki, “Atletiko Madrid”, “Roma”, “Çelsi” kimi komandaların bizim “Qarabağ”la oyunu ÇL-ə reytinq gətirməyib. “Atletiko” – “Çelsi” matçı biznes baxımından UEFA üçün daha prioritet olub.
Bu gün isə böyük klublar UEFA-dan asılılığı tam aradan qaldırmaq istəyir. Sadələşdirim: onlar deyir ki, əgər ortada ağlasığmaz dərəcədə pullar varsa, bundan niyə UEFA, yaxud orta səviyyəli və kiçik klublara da getməlidir? Ölə özümüz oynayıb, özümüz qazanaq də. Onsuz da avrokuboklara reytinq və pul gətirən TOP klublardır. Ona görə də Avropa Super Liqasında maksimum 20 komandanın iştirakı nəzərdə tutulur. Amma hələlik açıq qalan suallar var. Məsələn, biznes imperiyalarını formalaşdıran şirkətlərin Super Liqaya sponsorluğu necə tənzimlənəcək? Deyək ki, “Ford” həm Çempionlar Liqası, həm də bu yarışa alternativ liqa olan Avropa Super Liqasına himayədarlıq edəcək? Yaxud yayımla bağlı məsələ... (Super Liqanın artıq ABŞ-dakı maliyyə təşkilatından 4 milyard avroluq dəstək alacağı bildirilib)
Başqa açıq qalan sual da var. Avropa Super Liqası ideyası futbolçularla, onların məşqçiləri ilə razılaşdırılıbmı, yoxsa bu, klub bosslarının şəxsi iradəsi ilə qəbul edilib? UEFA xəbərdarlıq edərək bəyan edib ki, super liqada oynayacaq klublar və futbolçular bu qurumun və FİFA-nın bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılacaq. Bu o deməkdir ki, həmin klublar nəinki beynəlxalq yarışlar, hətta daxili liqalardan da uzaqlaşdırılacaq, futbolçular və məşqçilərin milli komandalarda iştirakına icazə verilməyəcək. Belə olan halda deyək ki, Kriştiano Ronaldo (şərti olaraq) və Məhəmməd Salah seçim etməlidir: klub, yoxsa milli komanda?..
Göründüyü kimi, futbolda heç vaxt olmadığı qədər çox mürəkkəb vəziyyət yaranıb. Bosslar kəllə-kəlləyə gəlib. UEFA-nın bu gun və sabaha nəzərdə tutulan toplantılarında veriləcək qərarlar isə maraq doğurur. Hazırda hətta Çempionlar Liqası və Avropa Liqasının hazırkı mövsümünün ləğvi və ya təxirə salınması kimi fikirlər də var. Görünən budur ki, biz böyük bir qarşıdurmanın şahidi olacağıq və bundan udan nə azarkeş, nə də futbol olacaq.
Aydın BAĞIROV
[email protected]
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi