Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Emin İmaməliyev Qol.az saytına müsahibə verib.
- Millimizin 3 görüşü arxada qaldı. Təəsüratlarınız necədir?
- Milli Portuqaliya ilə səfər, Serbiya ilə ev görüşlərində yaxşı oyun nümayiş etdirdi. Belə rəqiblərə qarşı açıq futbol nümayiş etdirmək olmaz. Çünki hər səhvdən istifadə etməyi bacarırlar. Heyətlərində Avropanın aparıcı klublarının üzvləri var. Qətərlə yoldaşlıq görüşündə isə daha az oynayan futbolçular şans qazandı ki, özlərini yaxşı tərəfdən göstərə bilsinlər. Onlar üçün bunu yaxşı fürsət hesab edə bilərik. Ümumilikdə hər 3 oyunda millimiz çalışdı ki, yaxşı oynasın.
- Dövrünüzün tanınmış futbolçularından olmusunuz. Millini sizin dövr və indiki ilə müqayisə etsək, hansı fərqləri görərik?
- Hər bir məşqçinin öz istəyi, öz oyun üslubu var. Buna görə müqayisə etmək istəməzdim.
- Hazırda U-19 millimizin məşqçisisiniz. Uşaqların potensialını necə dəyərləndirirsiniz?
- Yaxşı potensiala malik futbolçular var. Yaxşı olardı ki, klub səviyyəsində beynəlxalq turnirlərdə iştirak etsinlər. Onlar üçün həm təcrübə, həm də oyun praktikası baxımından artım olar. Avropada demək olar ki, bu yaşda olan futbolçular beynəlxalq turnirlərdə çıxış edir.
- Bundan əvvəl "Qəbələ" U-19-un baş məşqçisi olmusunuz, hətta UEFA Çempionlar Liqasına qədər irəlilədiniz. O heyətdən hazırda karyerasını uğurla davam edən kimlər var?
- Var, çoxdur. Onların arasında Premyer Liqada və birinci Divizionda çıxış edənlər var.
- 18-19 yaş futbolda körpü rolunu oynayır. Bu körpünü əksər gənclər niyə keçə bilmir?
- 18-19 yaşına çatan futbolçulara daha çox şans verilməlidir. Bundan əlavə şans qazanan futbolçular da, bu şansdan maksimum istifadə etməlidir.
- Siz milli komandada və klublarda uzaqdan vurduğunuz qollarla seçilmisiniz. İndiki futbolçular uzaqdan zərbə vurmağa sanki ehtiyat edir. Səbəbi nədə görürsünüz?
- Düzdür, uzaqdan qollar olub. Amma indi də, çempionatda uzaqdan vurulan qolların şahidi oluram.
- 2002-ci ildə Bakıda Avro-2004-ün oyunu yadıma düşdü. İtaliyaya qarşı 0:2 hesabı ilə məğlub olduğumuz oyunda komanda olaraq möhtəşəm mübarizə apardınız.
- Dediyim kimi, hər məşqçisinin istədiyi oyun üslubu, seçdiyi taktika var. Ona uyğun da tapşırıqlar verir. Sizə deyim, 2002-dən sonra millimizin yetəri qədər yadda qalan oyunları olub.
- Uzun illər "Qarabağ"ın şərəfini qorumusunuz. Hazırda "Qarabağ" "Neftçi" ilə çempionluq uğrunda mübarizə aparır. Bu haqda fikrinizi bilmək istərdik.
- "Qarabağ" "Neftçi" çempionluq yarısında mübarizə aparır. Mən yalnız hər iki komandaya uğurlar arzu edə bilərəm. Güclü qalib gəlsin.
- Gənc futbolçularımız yaxın gələcək üçün bizə nə vəd edir?
- Gənc futbolçularımız öz üzərlərində çox çalışmalıdırlar. Bundan başqa dediyim kimi beynəlxalq turnirlərdə iştirak etsələr, daha yaxşı olar.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"