"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov Qol.az saytına müsahibə verib.
- Komandanızın çıxışı sizi qane edirmi?
- Oyunumuz hər kəs tərəfindən bəyənilir. Amma bu, maksimum deyil. Əgər avrokuboka düşsək, qane edəcək.
- Hakimlik barəsində fikirlərin necədir? Baş məşqçiniz Elmar Baxşıyev daim iradlar bildirir.
- Bəzən elə epizodlar olur ki, yanlış qərarlar verilir. Hakimlik haqda danışmamaq mümkün olmur. Elmar müəllimin iradları isə haqlıdır.
- Milli komandanın aparıcı üzvlərindən idin. İndi dəvət almamağını necə qarşılayırsan?
- Düzü, özümü hələ də milli komandaya lazımlı futbolçu kimi görürəm. Futbol ictimaiyyəti mənə dəvət gəlmədiyinə görə təəssüf hissi keçirir. Sadəcə, baş məşqçinin qərarıdır. Hörmətlə yanaşıram.
- Elə oyunçular oldu ki, milliyə çağırılmalıdır, amma kənarda qaldı...
- Bu, hər məşqçinin dövründə olub...
- "Qəbələ"dən də heç kimə dəvət gəlmədi. Buna münasibətin necədir?
- Ümid edirəm, gələcəkdə bu məqamlar nəzərə alınacaq.
- Fikrincə, milli bu qrupda neçənci yeri tuta bilər?
- Çox ağır qrupdur. Əsas psixoloji cəhətdən hazır olsalar, yaxşı olar. Bundan başqa rəqiblərin adlarından çəkinməsələr, yaxşı olar.
- Əvvəlki Cavidi görə bilmirik. Səbəb nədir?
- Səbəblər var. Amma başlıca səbəb az oynamaqdır.
- Müqavilən yayda bitir. Yeniləmək planınız var?
- Düzdür, yayda müqavilə başa çatır. Hər iki tərəf bu işdə maraqlı olsa, yenilənəcək.
- Premyer Liqada ilk dördlüyə düşmək şansınız nə qədərdir?
- Şansımız bərabərdir. Hazırda "Sumqayıt"la aramızda mübarizə gedir. Lakin zamanında lazım olan xalları itirməsəydik, indi "Zirə" ilə üçüncülük mübarizə aparırdıq...
Ağa Dadaşzadə
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər