Ötən gün Milli Məclisin iclasında deputat Tahir Kərimli futbolumuzdakı durumu sərt tənqid edib.
Qol.az saytına açılmasında millət vəkili Aqil Abbas həmkarının fikirlərinə münasibət bildirib.
"Tahir müəllim də mənim sözümü dedi. Mən 10 ildir bu haqda yazır, fikirlər səsləndirir, AFFA-nı tənqid edirəm. Bölgə futbolu ilə bağlı müxtəlif məqalələr, köşə yazıları yazıram" - deyə A.Abbas qeyd edib.
“Tahir müəllim də sağ olsun ki, o da bu haqda danışdı. Verdiyim müsahibələrdə həmişə deyirəm ki, Azərbaycanda futbolunu məhv ediblər Azərbaycanda yanlız məhəllə futbolu oynayırlar, uşaqlar "top-top" oynadığı kimi. Bununla belə, “Qarabağ”, “Neftçi”, “Qəbələ” növbə ilə Avropaya gedib oynaya bilirlərsə, bu, inqilabdır. Əgər uşaq futbolu yoxdursa, bölgə futbolu yoxdursa, Bakıda futbol ola bilməz. Əvvəllər məhəllədə futbol oynayardılar. Bu gün Bakı şəhərində hansı məhəllədə normal stadion var?! Məhəllələrdə maşın əlindən yer olmur, məktəblərin meydançalarını söküb, yerində bina tikirlər. Bircə Yasamaldakı 13 nömrəli məktəbin direktoru qoymadı ki, stadionu alıb orada çoxmərtəbəli bina tikələr.
İndi mən deyim niyə o vaxt Azərbaycanda futbol var idi. O zaman bölgə futbolu və Bakı futbolu vardı. Bakı futbolu məhəllə futbolu idi, texnika ilə oynayırdılar- aldatmaq, başının üstündən top atmaq və başqa fəndlər. Amma rayon futbolunda nə var idi? Orada futbola həvəs, sevgi, məhəbbət var idi. Bir də görürdün stadion yoxdur, amma uşaqlar daşları düzüb futbol oynayırdılar, onlar fiziki cəhətdən çox üstün idi, saatlarla futbol oynasalar da, yorulmaq bilmirdilər. Bakı futbolunun texnikası və bölgə futbolunun fiziki gücünü birləşdirəndə peşəkar futbolu yaranırdı.İndi isə rayonlarda futbol yoxdur. Vaxtilə Yevlax, İmişli, Bərdədə az da olsa futbol var idi. Məsələn, Qəbələdə futbol olmayıb, olsa o şəraiti olan stadionda futbola baxmağa gələn 100-150 nəfər olmazdı. Futbol məktəbi olub Tovuzda, Gəncədə, Mingəçevirdə, Ağdamda. Bir də Qubada uşaq futbol məktəbləri olub. Lənkəran futbolu həmişə yaxşı olub, “Xəzər Lənkəran”ı da ləvğ etdilər, qoymadılar yaşasın. İndi də “Qəbələ”ni ləvğ etmək istəyirlər, amma hələ ki bacarmırlar. İndi bölgələrdə futbol yoxdursa kim oynayacaq?!"
Millət vəkili etdiyi tənqidlərə AFFA rəsmilərindən reaksiyalar gördüyünü vurğulayıb: "AFFA rəhbərliyi ilə dəfələrlə söhbətim olub, tənqidlərimə reaksiya veriblər. Rövnəq Abdullayevlə Milli Məclisdə həmkar olmuşuq. Həmişə oturub bir stəkan çay içəndə yanlız futboldan danışmışıq. Bakıda SOCAR-ın puluna klublar yaranıb, nəticəsi də yox. “Səbail” yaradılıb. “Səbail” nədir?! Səbaildə futbol ola bilər?! Mümkün deyil. Bakıda “Neftçi” ola bilər. Bir qədər indi “Zirə” yaxşı oynayır. Bakı üç komanda saxlaya bilər, onların da məktəbi olmalıdır".
Ağa Dadaşzadə
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir