Çempionlar Liqası: həyəcan və qazanc - ikisi bir arada Etopaz-da

Çempionlar Liqası: həyəcan və qazanc -  ikisi bir arada Etopaz-da
ETOPAZ 16 Fevral 2021 / 17:04 1305
-  A +

2 aylıq fasilədən sonra Çempionlar Liqasında mübarizə qaldığı yerdən davam edir.

Bu gecə keçiriləcək iki matçla 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Almaniya təmsilçisi "Leypsiq" "Liverpul"la üz-üzə gələcək. UEFA-nın qərarı ilə pandemiya səbəbindən oyun Almaniyada deyil, neytral meydanda - Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
 
"Liverpul" premyer liqanın son 3 turunda məğlub olub. "Leypsiq" isə əksinə, Bundesliqada qələbələri sıralayır. Hər iki komandanın heyətində zədə səbəbindən itkilər var. Almanlarda Emil Forsberq və Dominik Soboslai, "Liverpul" da isə uzun müddətli sıradan çıxmış Vircil van Deyk və Joel Matip heyətdə olmayacaq.

Gecə saat 00:00-da başlayacaq qarşılaşmaya etopaz.az-da yüksək əmsallarla həm canlı, həm də "təkli" oyun olaraq mərc edə bilərsiz.

Gecənin digər matçında iki möhtəşəm komanda - "Barselona" ilə PSJ qarşılaşacaq. Maurisio Poçettino PSJ-nin baş məşqçisi kimi ilk Çempionlar Liqası matçına əzəmətli "Nou Kamp"da çıxacaq. Zədəli Neymar bu görüşdə keçmiş komandasına qarşı oynaya bilməsə də, Fransa çempionu yenə təhlükəli rəqib olaraq qalır. Hərçənd Barselona səfəri tarix boyu Paris klubu üçün uğurlu alınmayıb. PSJ son 25 ildə Çempionlar Liqası matçlarında "Nou Kamp"a etdiyi 5 səfərin heç birində qalib gəlməyib, iki dəfə heç-heçə oynayıb, 3 görüşdə uduzub. Onlardan biri də 2017-ci qeydə alınan unudulmaz 1:6 hesablı məğlubiyyətdir.

İki" nəhəng" arasında bu gecə saat 00:00-da başlayacaq növbəti duelə etopaz.az-la rəng qata bilərsiz. Qarşılaşmaya həm canlı, həm də təkli oyun kimi mərc etmək mümkündür.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı