Bu axşam futbol üzrə Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" qrup mərhələsindəki son ev oyununda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edəcək.
Əslində "Qarabağ" üçün "ev oyunu" anlayışı formal xarakter daşıyır. Bildiyiniz kimi, ölkədəki hərbi vəziyyətlə əlaqədar UEFA - nın qərarı ilə "Qarabağ" Avroliqada rəqiblərini İstanbulun "Başakşəhər Fatih Terim" stadionunda qəbul edir. İlk 4 turda uduzan Ağdam klubu qrupda ilk xal və ya xallarını axşamkı matçda qazanmağa çalışacaq. Pley-offa vəsiqə uğrunda mübarizə aparan "Makkabi" isə qələbə qazanmağı hədəfləyib. Koronavirusa yoluxan Maksim Medvedev, Mahir Emreli və Abbas Hüseynov bu görüşdə "Qarabağ" a kömək edə bilməyəcək. Eyni səbəbdən baş məşqçi Qurban Qurbanov da komandasının son ev oyununda iştirak etməyəcək. İrlandiyalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma saat 21:55-də başlayacaq.
Matça Azərbaycanın yeganə virtual mərc oyunları operatoru etopaz.az - da həm canlı, həm də "təkli" oyun olaraq mərc edə bilərsiniz.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı