Bu gün "Neftçi”nin sabiq futbolçusu Nikolas Kanalesin 35 yaşı tamam olur. 1985-ci ildə dünyaya gəlmiş çilili hücumçu 2012-2013, 2014-2015, 2016-cı illər ərzində "Neftçi”də çıxış edib. 2013-cü ildə Azərbaycan çempionatının qalibi və bombardiri olmuş Kanales elə həmin ildə ölkə kubokunu başı üzərinə qaldırıb.
Klubun rəsmi saytı ad günü münasibəti ilə veteran futbolçudan müsahibə alıb. Müsahibəni təqdim edirik.
- Nikolas, doğum gününüz mübarək! Bilirik ki, pandemiya Çilidən də yan ötməyib. Necəsiniz?
- Çox sağ olun, təşəkkür edirəm! Bəli, təəssüf ki, pandemiya bütün dünyanı başına alıb və bu çox üzücüdür. Çilidə aprel ayından etibarən karantin rejimindəyik. İnsanlar normal işləyə, yaxınları ilə görüşə bilmirlər. Düşünürəm ki, tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq.
- Artıq karyeranızı başa vurmusunuz və geri boylanıb bunu dəyərləndirə bilərsiz. Hesab edirsiz ki, daha çox şeyə nail ola bilərdiniz?
- Ümumi baxanda karyeramın ilk günlərindən sonuna kimi xoşbəxt anlar yaşamışam. Buna görə çox sevinirəm. Çilinin böyük klublarında oynamışam, milli komandaya dəvət almışam. 15 illik peşəkar karyeramın 6 ilini Avropa klublarında, həmin ölkələrin güclü komandalarında keçirmişəm. Yaşıma görə hələ də oynaya bilərdim, amma karyeramın son ilində çox ciddi zədə aldım. Düzdür, çətinliklə də olsa, zədəmi sağaltdım. Hətta sonradan bir neçə Avropa klubundan təklif də gəldi. Amma maliyyə tərəfdən razılığa gəlmədiyimizə görə karyeramı bitirdim. Artıq şəxsi biznesimlə məşğulam.
- Azərbaycanda karyeranızın bu qədər uğurlu alınacağını təsəvvür edərdiniz?
- Ümumiyyətlə, karyeram boyu həmişə istədiklərimə nail olmağa çalışmışam və nail olmuşam. "Neftçi”nin heyətində də çempion və bombardir olmağa cəhd etmişəm. Xoşbəxtlikdən komanda yoldaşlarım güclü futbolçular olublar ki, bunun da sayəsində məqsədimə çatmışam.
- Ümumiyyətlə, "Neftçi” sizə nə verib?
- "Neftçi”də özümü evimdəki kimi hiss edirdim. Vətəni tərk edib legioner həyatı yaşamaq asan olmur. Buna baxmayaraq, "Neftçi”də uyğunlaşma prosesi çox tez keçdi. Yeni dostlar qazandım. Adət-ənənələrinizdən, ləziz yeməklərinizdən məmnun qaldım. "Neftçi” mənə böyük ad qazandırıb.
- "Neftçi”nin heyətində keçirdiyiniz oyunlardan ən vacibləri hansılardır? Ən vacib qol hansı olub?
- "Qarabağ”la "Tofiq Bəhramov” stadionunda keçirdiyimiz oyun çox vacib idi. Matçın sonlarına yaxın Vobayın ötürməsindən sonra cərimə meydançasının kənarından gözəl zərbə ilə komandamızın ikinci qolunu vurdum. Nəticədə qələbə qazanaraq əsas rəqibimizi 4-5 xal geridə qoyduq və bununla da çempionluğu təmin etdik. Bundan əlavə, Milan "İnter”i ilə keçirdiyimiz oyunlar və həmin vaxt vurduğum qol karyeramda ən vaciblərdəndir.
- "Neftçi”nin oyunlarını izləyə bilirsizmi?
- Bəzi matçları internet vasitəsilə izləməyə çalışıram. "Neftçi”ni həmişə zirvədə görmək istəyirəm.
- Məşqçi olmaqla bağlı planlarınız var, yoxsa futbolla həmişəlik vidalaşmısız?
- Artıq iki ildir şəxsi biznesimi qurmuşam. Buna görə də futboldan ayrılmağım çətin olmadı. Tez-tez Çindən Çiliyə müxtəlif məhsullar gətirirəm. Hələ də dəvətlər alıram, amma artıq ilyarımdır oynamıram və əminliklə deyə bilərəm ki, futbolla həmişəlik vidalaşmışam.
- Siz "Neftçi”nin və Azərbaycan futbolunun tarixində qızıl iz qoymusuz. Təbii ki, həmişə azarkeşlərin xoş sözlərlə xatırlayacağı insan olacaqsınız. Onlara nə demək istərdiniz?
- Sevgi, qayğı və diqqət məni həvəsləndirən amillərdəndir. İstər Bakı küçələrində, istər stadionlarda insanlardan, azarkeşlərdən böyük hörmət görmüşəm. Tribunalarda adım səslənəndə böyük zövq alırdım, oynamaq həvəsim daha da artırdı. Fürsətdən istifadə edib, mənə göstərilən sevgiyə və diqqətə görə hər bir "Neftçi” azarkeşinə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Onlarla qürur duyuram və hər birinə qucaq dolu salam göndərirəm.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko