"Neftçi"nin futbolçusu Rauf Əliyev Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Sperantsa"sını 3:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra sualları cavablandırıb. 30 yaşlı hücumçu öncə qarşılaşma barədə fikirlərini söyləyib:
- Səfərdə 3:0 hesabı çox yaxşı nəticədir. Birinci mərhələ olsa da, komandada arxayınlıq yox idi. Düşünürdük ki, səfərdə oynayırıq və buraxdığımız bir qol bizə problem yarada bilər. Sevinirik ki, hər şey bizim üçün yaxşı başladı. Demək olar ki, mərhələnin 60 faizini həll eləmişik. İndi evdə oynayacağıq. 3:0 yaxşı nəticə olsa da, bu futboldur. Evdə də arxayınlıq olmamalıdır. Çalışacağıq ki, yenə qələbə qazanaq.
- Öncədən bu nəticəni gözləyirdinizmi?
- Düzünü desəm, mən gözləmirdim. "Sperantsa" bizim üçün sürpriz komandadır. Onları bir o qədər tanımırdıq. Hardasa bu nəticəni gözləmirdim. Qol vuracağımıza isə inam var idi. Amma 3:0 həqiqətən gözlənilməz oldu.
- Oyunda istəkli olsanız da fərqlənə bilmədiniz...
- Birinci rəsmi oyunum idi. Komandada debüt etdim. Əlimdən gələni etməyə çalışdım. Qol vurmaq istəyirdim. Komandanın qələbə qazanmasında pay sahibi oldumsa, mənim üçün sevindirici haldır.
- Artıq Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə oyunları düşünmək olar?
- Şablon danışmaq istəmirəm. Amma yenə də oyunumuz var. İndidən "Arsenal" barədə danışmaq düzgün deyil. İkinci oyunu da oynayaq. Görək necə olur.
- Ürəyinizdən keçirmi ki, artıq bu mərhələni adladıq və bunlar bizə Bakıda heç bir çətinlik törədə bilməz.
- İstəmirəm ki, desinlər ki, indidən ikinci mərhələni fikirləşir. Hər şey bizim ürəyimizcədir. İkinci oyunu da oynamaq lazımdır. Ondan sonra tam "Arsenal" haqqında düşünmək olar.
- Rəqibin baş məşqçisi Kristian Efros oyundan öncə iddialı danışdı. Belə bir ifadə işlətdi ki, nəinki "Neftçi", "Real"la oynasaq da, favorit bizik. Öz oyununuzla ona cavab verdinizmi?
- Yəqin ki, rəqib baş məşqçiyə cavab vermişik. Amma onlar da belə ifadələr işlətməklə özlərinə inam qazandırmaq istəyirdilər. Bu gün səfərdə 3 top vurmuşuqsa, yəqin ki, onun cavabını verə bilmişik.
- "Forza Neftçi" azarkeş qrupu sizi bu səfər matçında dəstəkləmək üçün Moldovada idi. Bu sizə əlavə motivasiya verdimi?
- Əlbəttə. Bu, bizə 100 faizlik motivasiya verdi. hər birinə təşəkkür edirəm. Bu qədər yolu qət edib, gəliblər və əziyyət çəkiblərsə, artıq bu, onların komandaya necə bağlı olduqlarını göstərir. Bütün "Neftçi" sevərlərə, fanatlara təşəkkür edirəm. Mərhələni onlara hədiyyə edəcəyik (Report).
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü