"Azərbaycanla oyunda elə də çox həyəcanlanmadım" - 19 yaşlı futbolçu

"Azərbaycanla oyunda elə də çox həyəcanlanmadım" - 19 yaşlı futbolçu
DÜNYA FUTBOLU 26 Mart 2019 / 15:22 2040
-  A +

"Əhvalım əladır, çünki yaxşı oyun keçirdim. Müsbət nəticə qazanmağımız əla oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri Litva millisinin üzvü Paulius Qolubitskas Azərbaycanla yoldaşlıq oyunundan sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. 0:0 hesabı ilə başa çatan matç barədə fikirlərini bölüşən 19 yaşlı futbolçu yığmamıza qarşı yaxşı oynadıqlarını söyləyib:

"Elə də çox həyəcan olmadı. Həm Lüksemburq, həm də Azərbaycanla oyunlarda ilk 5-10 dəqiqədən sonra həyəcan keçdi. Matçdan əvvəl baş məşqçi müdafiədə intizamlı olmağı və rəqibə oynamaq imkanı verməməyi tapırmışdı. Düşünürəm ki, onun tapşırıqlarını yaxşı yerinə yetirdik. Hətta qol vurmaq üçün də şansımız oldu".

Son xəbərlər