"Hakim oyunu itirdi və bizi dayandırmağa başladı" - litvalı yarımmüdafiəçi

"Hakim oyunu itirdi və bizi dayandırmağa başladı" - litvalı yarımmüdafiəçi
DÜNYA FUTBOLU 26 Mart 2019 / 13:59 2233
-  A +

"Bu, iki komanda arasında mübarizə idi. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir".

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycanla yoldaşlıq oyunundan sonra Litva millisinin yarımmüdafiəçisi Modestas Vorobyevas yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Qolsuz heç-heçəni şərh edən futbolçu görüşün baş hakimi Fesnik Horatiudan narazı qalıb. O, rumıniyalı referinin tez-tez oyunu saxladığını bildirib:

"Lüksemburqdakı uğursuzluqdan sonra bir az daha yaxşı oynamağa və özümüzü sübut etməyə çalışdıq. Amma hakim oyunu itirdi və bizi dayandırmağa başladı. Əslində isə biz kobud yox, sərt oynayırdıq".

Son xəbərlər