Zidan ilk məşqinə çıxdı - qayıdışından sonra

Zidan ilk məşqinə çıxdı - qayıdışından sonra
DÜNYA FUTBOLU 13 Mart 2019 / 15:52 4689
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan Madrid klubuna qayıdışından sonra ilk məşqinə çıxıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Z.Zidan bir neçə gün əvvəl istefaya göndərilən Santyaqo Solarini əvəzləyib. Onun 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Xatırladaq ki, fransalı mütəxəssis bundan əvvəl 2016-cı ildən 2018-ci ilin iyununa kimi Madrid təmsilçisini çalışdırıb. O, bu komanda ilə üç dəfə Çempionlar Liqası, iki dəfə UEFA superkuboku və klublararası dünya çempionatı, bir dəfə La Liqa və İspaniya Superkubokunun qalibi olub.


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı