"Futbolçular gözəl oyun nümayiş etdirdilər. Onlar hücumda necə dəqiq oynadıqlarını göstərdilər. Biz bunu ilk matçda da düşünmüşdük, ancaq alınmamışdı. Oyunçular düzgün xarakter nümayiş etdirdilər və balansı itirmədən hücum etməyə davam etdilər".
Qol.az-ın məlumatına grə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalıda "Atletiko"ya 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.
"Spinassola sol cinahda əlaq oynadı. Bernardeski və digər futbolçular da yaxşı oyun nümayiş etdirdilər. Belə nəticəyə nail olmaq üçün bütün futbolçular yaxşı oynamalıdırlar" - deyə o bildirib.
İtaliyalı mütəxəssis hamının bu oyunu gözlədiyini söyləyib: "Uzun müddətdir bu matçın başlamağını istəyirdilər. Oyunun gərgin keçmək ehtimalı var idi. Buna görə futbolçulara sakit olmalarını dedim. Əks təqdirdə, bizim üçün çətin ola bilərdi".
Alleqri komandanın sabiq qapıçısı, hazırda PSJ-də oynayan Canluici Buffonun onları təbrik etməsinə də münasibət bildirib: "Mən PSJ-nin oyununa baxdım və onların mübarizəni dayandırmağına məyus oldum. Ümid edirəm ki, biz finala yüksələcəyik və Buffonu da özümüzlə Madridə aparacağıq".
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”