"İtaliyada qol vurmaq daha çətindir" - Ronaldo

"İtaliyada qol vurmaq daha çətindir" - Ronaldo
DÜNYA FUTBOLU 12 Mart 2019 / 20:30 4348
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo oynadığı böyük liqaları müqayisə edib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, A seriyasında qol vurmağın daha çətin olduğunu deyib:

"Mənim üçün İtaliyada qol vurmaq İspaniya ilə müqayisədə daha çətindir. İspaniyada bütün komandalar açıq futbol oynayır. Onlar daha  çox risk edirlər. İtaliyada isə müdafiəyə üstünlük verilir. İngiltərədə 5 il oynamışam. Məncə, İtaliyada qol vurmaq digərləri ilə müqayisədə daha çətindir".

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 26 matçda 19 qol vurub.


Son xəbərlər