"DÇ-2022"də 48 komanda olsa... - yeni namizədlər

"DÇ-2022"də 48 komanda olsa... - yeni namizədlər
DÜNYA FUTBOLU 12 Mart 2019 / 15:21 3628
-  A +

FİFA Qətərlə birlikdə DÇ-2022-yə ev sahibliyi edə biləcək ölkələrin adlarını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, mundialın oyunlarının bəziləri Qətərlə yanaşı, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərindən ikisində keçirilə bilər. Ancaq bu, yalnız qarşıdakı dünya çempionatında komandaların sayının 32-dən 48-ə yüksələcəyi halda baş verəcək. Bu məsələ isə hələlik müzakirə mərhələsindədir.

Əlavə 16 komanda üçün 2-4 stadion tələb olunur. Hazırda FİFA bunun üçün Saudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində 3, Küveytdə 2 və Omanla Bəhreyndə 1 arenanı nəzərdən keçirir. Ancaq Fars körfəzi ölkələrinin Qətərlə siyasi gərginliyi vəziyyəti mürəkkəbləşdirir. FİFA mundialın bəzi oyunlarına ev sahibliyi etmək arzusunda olan həmin ölkələrdən Qətərlə münasibətləri düzəltməyi və sanksiyaları aradan götürməyi tələb edib.

Hələlik isə Qətərlə birlikdə dünya çempionatını keçirməyə ən real namizədlər Oman və Küveyt hesab olunur. Çünki onlar bu ölkə ilə neytral münasibətdədirlər.

Son xəbərlər