"Peresə "yox" deyə bilmədim" - Zidan

"Peresə "yox" deyə bilmədim" -  Zidan
DÜNYA FUTBOLU 12 Mart 2019 / 00:01 7253
-  A +

“Bu, xüsusi gündür. Evə döndüyüm üçün çox xoşbəxtəm”.

Qol.az xəbər verir ki, bu sözləri “Marca”ya açıqlamasında Zinəddin Zidan “Real”a baş  məşqçisi təyinatı ilə bağlı danışarkən deyib.

Fransalı mütəxəssis Madrid klubuna qayıtdığı üçün sevindiyini bilidirib: “Suallarınızı sonra verərsiniz. İndi heç nə deməyəcəm. Bircə onu deyim ki, qayıtmağıma şadam. Yenidən işləyib, komandanı layiq olduğu yerə qaytarmaq istəyirəm. Tək arzum sabah işə başlamaqdır.

Doqquz ayda heç bir müsahibə verməmişəm, ancaq onu deyim ki, “Real”ın prezidenti Florentino Peres mənə zəng edəndə “yox” deyə bilmədim. Doqquz ay enerji yığmışam, indi işləməyə hazıram”.

Xatırladaq ki, Zidan bundan əvvəl də - 2016-cı ildən 2018-ci ilin iyununa kimi Madrid təmsilçisini çalışdırıb.

Son xəbərlər