"İlkay qalmaq istəmirsə, getməlidir" - Qvardiola

"İlkay qalmaq istəmirsə, getməlidir" -  Qvardiola
DÜNYA FUTBOLU 11 Mart 2019 / 18:08 3685
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçusu İlkay Gündoğanın komandadakı gələcəyi haqda açıqlama verib.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatına danışan 48 yaşlı mütəxəsis almaniyalı yarımmüdafiəçinin komandada qalmasını istədiyini, ancaq seçimin öz əlində olduğunu bildirib:

“Daha öncə dediyim kimi, onunla yola davam etmək istəyirik. Amma bu, həm ona, həm də kluba bağlıdır. Ümid edirəm, komandada qalar. Mən də İlkayın qalmasını istəyirəm, ancaq onun da eyni fikirdə olduğunu hiss etməliyəm. Əgər qalmaq istəmirsə, getməlidir. Bizimlə hələ bir illik müqaviləsi var. Müqavilənin müddətini uzatmaq istəsə, onunla görüşəcəyik”.

Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm “Mançester Siti”nin heyətində  37 oyunda 5 qol vurub, 7 qol ötürməsi edib.

Son xəbərlər