Van Qal məşqçi karyerasını başa vurdu

Van Qal məşqçi karyerasını başa vurdu
DÜNYA FUTBOLU 11 Mart 2019 / 14:45 1860
-  A +

Hollandiyalı məşqçi Lui van Qal karyerasını başa vurub.

Qol.az xəbər verir ki, 68 yaşlı mütəxəssis “AS” nəşrinə açıqlamasında bundan sonra gününü ailəsi ilə keçirmək istədiyini bildirib:

“Həyat yoldaşım mənimlə daha çox vaxt keçirmək üçün 22 il əvvəl işindən ayrıldı. Həmin vaxt ona söz verdim ki, 55 yaşımda mən də karyeramı bitirəcəm. Ancaq indi yaşım 65-dən çoxdur. Belə davam edə bilmirəm. Futbolçular kimi, həyat yoldaşımın da Van Qalla birlikdə olmaq haqqı var. Onun qərarıma görə çox xoşbəxt olduğunu deyə bilərəm”.

Qed edək ki, Van Qal karyerası ərzində Hollandiya millisi, “Mançester Yunayted”, “Barselona”, “Ayaks”, "Az Alkmar" və “Bavariya” klublarını çalışdırıb.

Son xəbərlər