"Real"da gərginlik - Ramosla Marselo dalaşdı

"Real"da gərginlik -  Ramosla Marselo dalaşdı
DÜNYA FUTBOLU 11 Mart 2019 / 12:30 6050
-  A +

“Real”ın son məşqində insident yaşanıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, ikitərəfli oyundan sonra Marselo və Serxio Ramos dalaşıb.

Braziliyalı müdafiəçinin yer aldığı kollektivin qələbəni bayram etməsi kapitanı özündən çıxarıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Əlbayaxa davanın qarşısını futbolçular alıb.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran Madrid klubu La Liqada 27 turdan sonra 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Son xəbərlər