AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda millimizlə qarşılaşacaq Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib.
Qol.az xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç A seriyasının 27-ci turunda "Spal"la oyunun 42-ci dəqiqəsində zədə alıb. Onun əzələsi dartılıb.
Zədəsi ciddi olan 27 yaşlı futbolçu oyunu davam etdirə bilməyib. O, meydanı göz yaşları içində tərk edib.
Yarımmüdafiəçi sabah tibbi müayinədən keçdikdən sonra durumu müəyyənləşəcək.
Bu, yığmamızla oyunöncəsi Xorvatiya millisində artıq 5-ci ciddi itkidir. Daha əvvəl digər zədəlilər - Marko Pyatsa, Şime Vrsalko, Yosip Pivariç və cəzalı Deyan Lovrenin komandamıza qarşı oynamayacağı açıqlanmışdı. Bundan başqa, komandanın əsas hücumçularından Ante Rebiç də dizindəki zədəyə görə Azərbaycanla martın 21-dəki görüşü buraxa bilər.
Qeyd edək ki, Xorvatiya millimizlə martın 21-də Zaqrebdə qarşılaşacaq.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi