"Real" 3 xalı 4 qolla qazandı

"Real" 3 xalı 4 qolla qazandı
DÜNYA FUTBOLU 11 Mart 2019 / 01:53 3712
-  A +

İspaniya La Liqasında 27-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda "Real" səfərdə "Valyadolid"in qonağı olub. "Kral klubu" ilk hissənin 29-cu dəqiqəsində hesabda geri düşməsinə baxmayaraq, sonradan 4 qol vuraraq, inamlı qələbə qazanıb.

10 mart

"Valyadolid" - "Real" - 1:4
Qollar:
Anuar, 29 (1:0), R. Varan, 34 (1:1), K. Benzema, 51-penalti (1:2), 59 (1:3), L. Modriç, 85

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 51-ə çatdıran "Real" 3-cü pillədəki yerini qoruyub. Madrid təmsilçisini lider "Barselona"dan 12, 2-ci sıradakı "Atletiko"dan isə 5 xal ayırır.

Son xəbərlər