Avro-2020-nin seçmə mərhələsinin ilk turunda millimizi qonaq edəcək Xorvatiya seçməsi növbəti itki ilə üzləşib.
Qol.az xəbər verir ki, yığmanın hücumçusu Marko Pyatsa sıradan çıxıb. İcarə əsasında "Fiorentina"da çıxış edən 23 yaşlı futbolçu komandasının dünənki məşqində dizindən xəsarət alıb. Tibbi müayinədən sonra onun diz bağlarının qopduğu məlum olub. Pyatsanın əməliyyat olunacağı və 4-6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Məlumatı İtaliya klubunun rəsmi saytı yazıb.
Müqavilə ilə "Yuventus"a məxsus olan forvard ötən yay "Fiorentina"ya icarəyə verilib. O, bu mövsüm Florensiya klubunun heyətində meydana çıxdığı 19 qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Xorvatiyalı oyunçu 2017-ci ilin martında da dizindən zədə almış və 7 aya yaxın oynamamışdı.
Qeyd edək ki, bu, yığmamızla oyunöncəsi Xorvatiya millisində artıq 4-cü ciddi itkidir. Pyatsadan əvvəl digər zədəlilər - Şime Vrsalko, Yosip Pivariç və cəzalı Deyan Lovrenin komandamıza qarşı oynamayacağı açıqlanmışdı. Bundan başqa, komandanın əsas hücumçularından Ante Rebiç də dizindəki zədəyə görə Azərbaycanla martın 21-dəki görüşü buraxa bilər.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi