"Bavariya" darmadağınla zirvəni ələ keçirdi - Video

"Bavariya" darmadağınla zirvəni ələ keçirdi - Video
DÜNYA FUTBOLU 9 Mart 2019 / 22:25 2305
-  A +

Almaniya Bundesliqasında 25-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan iki komanda - "Borussiya" və "Bavariya" turu qələbə ilə başa vurublar. Dortmund təmsilçisi evdə "Ştutqart"ı 3:1, münhenlilər isə "Volfsburq"u 6:0 hesabı ilə məğlub edib.

9 mart

"Borussiya" (Dortmund) - "Ştutqart" - 3:1
Qollar:
M. Roys, 62-penalti (1:0), M. Kempf, 71 (1:1), P. Alkaser, 84 (2:1), K.Pulişiç, 90 (3:1)

"Bavariya" - "Volfsburq" - 6:0
Qollar:
S. Qnabri, 34 (1:0), R. Levandovski, 37 (2:0), 85 (6:0), X. Rodriqes, 52 (3:0), T. Müller, 76 (4:0), C. Kimmix, 82 (5:0)

Qeyd edək ki, bu nəticələrdən sonra hər iki komandanın 57 xalı olsa da, vurulan və buraxılan qolların nisbətinə görə "Borussiya"nı (61-28) üstələyən "Bavariya" (62-27) zirvəni ələ keçirib.






Son xəbərlər