Şeydayevdən Rusiya Premyer Liqasında 2-ci qol

Şeydayevdən Rusiya Premyer Liqasında 2-ci qol
DÜNYA FUTBOLU 9 Mart 2019 / 16:59 3798
-  A +

Milli komandamızln üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasında 2-ci qolunu vurub.

Qol.az-ın məlumatına görə, "Krılya Sovetov"un üzvü 19-cu turun açılış oyununda "Yenisey"in qapısına yol tapıb. Matça ehtiyatda başlayan 22 yaşlı forvard 80-ci dəqiqədə meydana daxil olub. Ramil cəmi 1 dəqiqə sonra fərqlənərək, görüşdə yekun hesabı müəyyənləşdirib - 4:0.

Bu qələbədən sonra xallarının sayını 21-ə yüksəldən Samara təmilçisi 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Şeydayev Premyer Liqadakı ilk qolunu ötən tur Moskva "Lokomotiv"inin qapısından keçirmişdi.

Son xəbərlər