"Barselona"dan Messiyə yeni müqavilə

"Barselona"dan Messiyə yeni müqavilə
DÜNYA FUTBOLU 9 Mart 2019 / 16:02 3174
-  A +

"Barselona" rəhbərliyi komandanın lideri Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, yeni sözləşmə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Argentinalının hücumçunun qüvvədə olan sazişi 2021-ci ilin yayında bitir.

Qeyd edək ki, 2003-cü ildə Kataloniya klubunda debüt edən 31 yaşlı futbolçu bu mövsüm İspaniya La Liqasında 24 oyuna 25 qol vurub, 13 məhsuldar ötürmə edib.

Son xəbərlər