Zeedorf “Real”ı çalışdıra bilər

Zeedorf “Real”ı çalışdıra bilər
DÜNYA FUTBOLU 9 Mart 2019 / 14:44 3100
-  A +

Kamerun millisinin baş məşqçisi Klarens Zeedorf mövsümün sonuna qədər sabiq komandası “Real”ı çalışdıra bilər.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu hollandiyalı mütəxəssisi danışığa dəvət edib. Zeedorfun Madridə gedərək klubun idarə heyətinin üzvləri ilə görüşdüyü bildirilir.

“Real” rəhbərliyi komandanı mövsümün sonuna qədər keçmiş yarımmüdafiəçiyə tapşırmaq istəyir.

Qeyd edək ki, "Real"ın hazırkı baş məşqçisi Santyaqo Solari ilə tezliklə yolları ayıracağı gözlənilir.

Son xəbərlər