“Real”ın siyahısındakı məşqçilər - Klopp, Mourinyo, Alleqri...

“Real”ın siyahısındakı məşqçilər -  Klopp, Mourinyo, Alleqri...
DÜNYA FUTBOLU 7 Mart 2019 / 15:24 4890
-  A +

Mövsümün sonunda Santyaqo Solari ilə yolları ayırmağa hazırlaşan “Real” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Qol.az-ın Britaniyanın “The İndependent” nəşrinə istinadən yaydığı xəbərə görə, rəhbərliyin siyahısında 5 mütəxəssisin adı var. “Kral klubu”nun əsas hədəfi Yurgen Kloppdur. İlk növbədə komandadakı ab-havanı və futbolçularla münasibəti düzəltmək istəyən madridlilər bu işdə alman mütəxəssisə ümid edirlər. Ancaq bundan əvvəl “Real”ın təklifini rədd edən Kloppun yenə ispanlara “yox” deyəcəyi gözlənilir.

Qeyd edək ki, siyahıda Kloppla yanaşı, “Tottenhem”dən Maurisio Poçettino, “Yuventus”dan Massimiliano Alleqri, həmçinin komandanın sabiq çalışdırıcıları Zinəddin Zidan və Joze Mourinyonun adları var.

Son xəbərlər