Lopeteqi "Real"ı məhkəməyə verdi

Lopeteqi "Real"ı məhkəməyə verdi
DÜNYA FUTBOLU 7 Mart 2019 / 14:41 3732
-  A +

"Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi Madrid klubunu məhkəməyə verib.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, o, "kral klubu"ndan təzminat tələb edib. Buna səbəb "Real"ın onu  3 illik müqaviləsi qüvvədə olduğu vaxt istefaya göndərməsidir. Lopeteqi  "Real"dan 3 ilə görə 28 milyon avro istəyib.

Qeyd edək ki, mövsümün əvvəlində "Real"a baş məşqçi təyin edilən Lopeteqi ötən ilin oktyabrında istefaya göndərilib.

Son xəbərlər